ADA-da yeni magistratura proqramı açılıb
Tarix: 06.03.2013 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


Azərbaycan Diplomatik Akademiyasında (ADA) “Biznesin idarə edilməsi” (Executive MBA) magistratura proqramının rəsmi açılış mərasimi keçirilib. Tədbirdə ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, təhsil nazirinin müavini Qulu Novruzov, Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Arjen Peter Uijterlinde, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların və KİV-lərin nümayəndələri iştirak ediblər.
Yeni magistratura proqramının özəlliklərindən danışan ADA-nın biznes idarəetməsinin direktoru Canin Klark vurğulayıb ki, Executive MBA Azərbaycan Diplomatik Akademiyası ilə Niderlandın Maastrixt Menecment Məktəbi arasında ikili dərəcə proqramıdır. Executive MBA proqramının iştirakçıları iki istiqamət üzrə təhsil ala biləcəklər: Beynəlxalq Biznes, Enerji və Ətraf Mühit. Dərslərin ADA-nın və Maastrixt Menecment Məktəbinin professorları tərəfindən aparılacağını qeyd edən C.Klark bildirib ki, proqramın bir hissəsi Niderlandda davam edəcək.
Qeyd edilib ki, ADA-da 2013-2014-cü tədris ilindən başlayaraq tələbə qəbul edəcək yeni “Biznesin idarə edilməsi” (Executive MBA) magistratura proqramı ikillik təhsil proqramıdır və ən azı dördillik iş təcrübəsi olan namizədlər üçün nəzərdə tutulub.
H.Paşayev bu əlamətdar hadisənin ADA-nın yaradılmasının yeddinci ildönümü qeyd olunduğu günə təsadüf etdiyini bildirib. Rektor qeyd edib ki, Executive MBA proqramının sonunda məzunlar həm ADA-nın, həm də Maastrixt Menecment Məktəbinin diplomları ilə təltif olunacaqlar. Bununla da yaxşı təhsil almaq arzusunda olan azərbaycanlı gənclər daha geniş imkanlar əldə edəcəklər.
Sonra çıxış edən səfir A.Uiyterlinde vurğulayıb ki, bu cür layihənin həyata keçirilməsi Azərbaycan ilə Niderland arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynayacaq. Diplomat bu proqramın hər iki ölkənin tələbələri arasında təcrübə mübadiləsinin aparılmasına mühüm töhfə verəcəyini qeyd edib.
Dünyada enerji və ətraf mühit istiqamətində çox az magistratura proqramlarının mövcud olduğunu deyən səfir vurğulayıb ki, layihə maddi baxımdan da tələbələr üçün əlverişlidir. A. Uiyterlinde bu proqramın həyata keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Proqramın əhəmiyyətindən danışan Q.Novruzov onun Azərbaycanda təhsilin inkişafı üçün uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib. Bildirilib ki, ingilis dilində keçiriləcək magistratura proqramının dərs cədvəli işləyən tələbələr üçün uyğunlaşdırılıb. Belə ki, tədris hər üç aydan bir ongünlük modullar şəklində keçiriləcək. Sənədlərin qəbulu rəsmi açılış günündən başlayaraq cari il iyunun 15-dək davam edəcək.
CAVIDAN




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info