Ölkəyə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb
Tarix: 16.06.2016 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda  İrandan Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi sərnişin avtobusuna “Nina” ləqəbli kinoloji xidmətitinin tətbiqi ilə baxış keçirilib. 
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı 13-14  nömrəli oturacaqların arasından gömrük nəzarətindən gizlədilən, üzərində heç bir yazı olmayan 1 ədəd plastik qabda 100 ml həcmində “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin”in II Siyahısına daxil olan metadon məhlulu aşkar olunub. 
Yoxlama zamanı avtobusun sərnişini olan digər İran vətəndaşının əl çantasından isə 56 ədəd həbdən ibarət “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixatrop maddələr”in III Siyahısına daxil olan “Diazepam”, 229 ədəd həbdən ibarət eyni siyahıya daxil olan “Klonazepam”  adlı dərman preparatları aşkar edilərək götürülüb. 
Qeyd edək ki, 100 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,1 qram, 56  ədəd həbdə diazepamın təsiredici maddəsinin ümumi miqdarı  0,112  qram, 229  ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı  0,458  qram təşkil edir. 
Faktla bağlı araşdırma aparılır.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info