Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum keçirilir
Tarix: 16.06.2016 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Sankt-Peterburqda "Yeni İqtisadi reallıqlar astanasında" devizi altında Beynəlxalq İqtisadi Forum işə başlayıb. 
3 gün davam edəcək forumda dünyanın yüzdən çox ölkəsindən olan şirkət nümayəndələri, dövlət adamları, beynəlxalq təşkilatların rəhbərləri iştirak edir. 
Forumu Rusiya baş nazirinin birinci müavini Sergey Prixodko açıq elan edib. O, Peterburq Beynəlxalq İqtisadi Forumunun dünyanın ən məşhur iqtisadi meydançasına çevrildiyini söyləyib: "Bu gün bu forumda iştirak edənlər Rusiya ilə əməkdaşlıq etmək və Rusiyanın yanında olmaq istəyənlərdir".  
Forumda eyni zamanda BMT baş katibi Pan Gi Mun, Avropa Komissiyasının sədri Jan Klod Yunker, Fransanın sabiq prezidenti Nikolya Sarkozi və digərləri iştirak edirlər.
Forumda Azərbaycan nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətinə iqtisadi inkişaf naziri Şahin Mustafayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və digər şəxslər daxildir.   
Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 1997-ci ildən keçirilir. 2005-ci ildən Forumda Rusiya prezidenti Vladimir Putin iştirak edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir
18.01.2019
“Rusiya Latviya ərazisindəki NATO bazasını bir neçə dəqiqəyə məhv edər”
18.01.2019
Ermənistan-İran münasibətlərində gərginlik yarana bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info