Səfirliyimiz Budapeştdə xeyriyyə tədbiri keçirib
Tarix: 16.06.2016 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Azərbaycanın Macarıstandakı səfirliyi Macarıstanla Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin inkişafı üzrə beynəlxalq təşkilatla (HunAz) birlikdə Budapeştin Laslo Battyanu Roma katolik evində xeyriyyə tədbiri keçirib. 
Səfirlikdən verilən məlumata görə, tədbir uşaq evi, uşaq bağçası və ibtidai məktəbi əhatə edən mərkəzin gözdən əlil və əqli cəhətdən zəif inkişaf etmiş uşaqlar üçün yeni təlim mərkəzi-yataqxana binasında baş tutub. 
Qeyd edək ki, həmin bina Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib. 
Xeyriyyə tədbiri zamanı HunAZ cəmiyyətinin prezidenti, azərbaycanlı iş adamı Nazim Ağamalıyevin məktəbə hədiyyə etdiyi 10 ədəd əlil arabası təqdim olunub. Xeyriyyə mərasimində Laslo Battyanu Roma katolik evinin direktoru Anna Feher, Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin nümayəndəsi Andor Suxa və Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev çıxış ediblər. Onlar xeyriyyə mərasiminin Azərbaycanla Macarıstan arasında inkişaf edən dostluq və əməkdaşlığın daha bir təzahürü kimi dəyərləndiriblər.  
HunAz cəmiyyətinin yardımı ilə əlil uşaqlar üçün əyləncəli proqram və konsert təşkil edilib. 
Tural




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
İran nüvə razılaşması çərçivəsində öhdəliklərinin azaldılması barədə hesabat təqdim edəcək
16.06.2019
Türkiyədə 8 terrorçu zərərsizləşdirilib
16.06.2019
Çexiyada Xocalı və Liditse faciəsi qurbanlarının xatirəsi anılıb
16.06.2019
Slovakiyanın ilk qadın prezidenti vəzifəyə başladı
16.06.2019
İran prezidenti və Qətər əmiri görüşdülər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info