“TAP sadəcə Azərbaycanın deyil, həm də Avropanın prioritetidir”
Tarix: 16.06.2016 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


"Şahdəniz" yatağı daxili bazar və qonşu ölkələrin tələbatını ödəməkdən də artıq qaz ehtiyatlarına malikdir". 
Bunu energetika naziri Natiq Əliyevin İtaliyanın AGI informasiya agentliyinə müsahibəsində deyib. 
"Bu səbəbdən qazı Avropaya çatdırmaq qərarına gəldik. Azərbaycan üçün qazı satmaq çox vacibdir. Ən etibarlı bazar isə Avropa bazarıdır. Avropa Komissiyası da öz tərəfindən mənbələri və təchizat marşrutlarını şaxələndirmək istəyir ki, bu məqsəd Azərbaycanın qaz satışı ilə bağlı planları ilə üst-üstə düşür. Beləliklə, TAP sadəcə Azərbaycanın deyil, həm də Avropanın prioritetidir. Bu səbəbdən, qaz yatağının ikinci fazasını inkişaf etdirmək istəyirik. Layihəyə yatırılacaq sərmayə də olduqca nəhəngdir - 45 milyard dollar. Bu, sadəcə iqtisadi deyil, həm də texnoloji və sosial layihədir, çünki on minlərlə yeni iş yerinin açılmasına səbəb olacaqdır. "Şahdəniz" yatağının işlədilməsinin ikinci mərhələsində "Cənub Qaz Dəhlizi" ilə 16 milyard kub metr qaz ixrac olunacaqdır ki, bunun 6 milyard kub metri Türkiyə bazarında realizə olunacaqdır. Lakin Azərbaycanda "Abşeron" qaz yatağı kimi "Şahdəniz"dən başqa böyük imkanları olan digər qaz yataqları da vardır. Abşeron yatağının ehtiyatı 400 milyard kub metr qiymətləndirilir. Avropaya qaz nəqlinin birinci mərhələsinin müvəffəqiyyətlə başa çatması Azərbaycanın digər qaz yataqlarının da layihəyə cəlb olunaraq, qaz həcminin artırılmasına şərait yaradacaqdır", - deyə nazir qeyd edib. 
İşlərin görülməsi qrafikinə riayət edildiyini vurğulayan N. Əliyev qeyd edib ki, inşaat işləri bu il başlayaraq 2019-cu ildə bitəcək: "İlk qaz İtaliyaya 2020-ci ildə çatacaqdır. Şah Dəniz yatağının istismarının II mərhələsinin icrası nəzərdə tutulmuş cədvəldən daha tez icra olunur. Dəniz dibindəki quyular artıq hazırdır, platforma və boru kəmərləri tikilməkdədir. Nəzərdə tutulmuş cədvəldə dəyişiklik və gecikmələrin olması üçün səbəb yoxdur. 2019-cu ildə qazı Türkiyəyə, növbəti ildə Avropa və İtaliyaya nəql edəcəyik. Layihənin vaxtında icrası digər aidiyyəti ölkələrdə - Yunanıstan, Albaniya və İtaliyada işlərin icrasının sürətindən də asılıdır. İnşaat işləri üçün çoxsaylı icazə və lisenziyaların əldə edilməsinə ehtiyac vardır. Həmin icazələrin alınması da işin surətinə təsir edəcəkdir".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info