“Biz beynəlxalq təşkilatlarda daim Azərbaycanın yanında olmuşuq”
Tarix: 16.06.2016 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


"Azərbaycan parlamentinin son iclasında parlamentarilər ümumilikdə İran-Azərbaycan münasibətinə müsbət yanaşıblar. Yalnız üç deputat tənqidi danışıb. Amma biz bunları nəzərə alaraq, parlamenti İran-Azərbaycan münasibətlərinə xələl gətirəcək qurum kimi təqdim etməməliyik". 
Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Ermənistanla viza rejimini ləğv etdiyinə, eləcə də münasibətlərin dərinləşməsinə yönəlik addımlar atdığı üçün Milli Məclisin son iclasında deputatların İranın ünvanına səsləndirdikləri fikirlərə münasibət bildirərkən deyib. 
Səfir bildirib ki, Azərbaycan Milli Məclisi iki ölkə münasibətlərinə ümumilikdə müsbət yanaşıb. "Parlamentdə İranla imzalanmış sənədlərin təsdiq olunması da münasibətlərə müsbət yanaşmanın olduğunu göstərir", - deyə o qeyd edib. Diplomat İranın Qarabağ münaqişəsi ilə bağlı ikili mövqe nümayiş etdirdiyini düşünmədiyini vurğulayıb: "Bizim uzun illər ərzində münaqişə ilə bağlı mövqeyimiz eyni olub. Biz beynəlxalq təşkilatlarda daim Azərbaycanın yanında olmuşuq. İranın prinsipial mövqeyi ondan ibarətdir ki, bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik, regionda müharibənin yenidən alovlanmasını istəmirik. Çünki bu, regionun da xeyrinə deyil. İsrail rejimi isə Fələstin torpaqlarını işğal edib, oradakı əhaliyə işgəncələr verir, zülmə məruz qoyur. Fələstin və Qarabağ məsələsi tamamilə fərqlidir. Biz düşünürük ki, İsrail rejimi saxta rejimdir və bütün dünya üçün təhlükədir. Bu səbəbdən də bu rejim dəyişməli, Fələstin xalqı öz torpaqlarına sahib olmalıdır. Bu gün Qəzza əhalisi blokada şəraitindədir. İsrail rejimi onlara qida və dərmanların çatdırılmasına mane olur. Eləcə də İordaniya çayının qərb sahillərində əhali İsrailin təzyiqləri ilə üz-üzə qalıb. Mən hesab edirəm ki, bu iki münaqişəsini müqayisə etmək düzgün deyil. Biz dünyanın istənilən yerində müsəlman qadın və uşaqların öldürülməsinə görə narahat oluruq, bunun qarşısını almaq üçün cəhdlər edirik. 
Bir daha qeyd edim ki, Qarabağ münaqişəsi Fələstin münaqişəsinə bənzəmir. İsrail rejiminin orada törətdiyi qırğınlar və insanlara verilən zülümlər Qarabağda baş verən hadisələrlə müqayisə olunmaz dərəcədədir. Başqa məsələ ondan ibarətdir ki, Qarabağ münaqişəsinin həlli üçün ölkə rəhbərləri danışıqlar aparırlar və biz ümid edirik ki, bu danışıqlar bəhrə verəcək. Fələstin məsələsinin isə sülh yolu ilə həll olunacağını görmürük və buna inanmırıq".
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
19.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib
19.11.2018
“Azərbaycan dövləti hər zaman diasporun yanındadır”
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info