“The Oil and Gas Year” jurnalı Azərbaycanın uğurlarından bəhs edir
Tarix: 16.06.2016 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


“The Oil and Gas Year” jurnalının AZƏRTAC-ın media tərəfdaşlığı ilə nəşr olunan builki xüsusi buraxılışı işıq üzü görüb.AZƏRTAC xəbər verir ki, Azərbaycana həsr olunmuş buraxılışda Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən bəhs edən məqalələr, siyasi, iqtisadi, enerji, sosial, mədəni, səhiyyə, sənaye, informasiya-kommunikasiya texnologiyaları, tikinti, nəqliyyat sahələrində baş verən inkişafla bağlı yüksək vəzifəli şəxslərin, tanınmış yerli və xarici şirkət rəhbərlərinin müsahibələri yer alır. Nəşrdə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi inkişafının əsas göstəriciləri, beynəlxalq miqyasda artan nüfuzu, Azərbaycanın iştirakı ilə həyata keçirilən enerji layihələri barədə oxuculara ətraflı məlumat verilir.
Nəşrin budəfəki müsahibləri Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, energetika naziri Natiq Əliyev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, “Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru və təmsilçisi Denis Lemarşal, “Statoil” şirkətinin Azəri-Çiraq-Günəşli və Bakı-Tbilisi-Ceyhan layihələri üzrə meneceri Karsten Stoltenberq, İtaliya, Türkiyə, Yunanıstan və Rusiyanın ölkəmizdəki səfirləri, “Türkiyə Petrolleri Anonim Ortaklığı”nın (TPAO) baş direktoru Besim Şişman, “Trans-Adriatik” boru kəmərinin (TAP) tikintisi layihəsinin icraçı direktoru Ian Bradshav, “CASPİAN PİPE COATİNGS”in icraçı direktoru Azər İsayev, Heydər Əliyev adına Bakı neft emalı zavodunun (BNEZ) direktoru Elman İsmayılov, “Petkim”in baş meneceri Sadettin Korkut, Bakı Gəmiqayırma Zavodunun baş meneceri Keyci Lam və başqalarıdır. Onlar müsahibələrində Azərbaycanın bölgədə və dünyada artan nüfuzundan, həyata keçirdiyi uğurlu enerji layihələrindən, beynəlxalq əlaqələrindən, inkişaf dinamikasından söhbət açırlar.
Nəşrdə, habelə “Əsrin müqaviləsi”nin bölgənin inkişafındakı əvəzsiz rolundan, “Şahdəniz Mərhələ 2”, TAP, TANAP və “Cənub Qaz Dəhlizi” layihələrindən, ölkəmizin neft və qaz bazarlarındakı uğurlarından, həmçinin transmilli şirkətə çevrilən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) beynəlxalq arenadakı fəaliyyətindən və yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksindən bəhs olunur.
“The Oil and Gas Year” dünyanın müxtəlif bölgələrini əhatə edən geniş coğrafiyada sosial-iqtisadi prosesləri izləyən və işıqlandıran, ətraflı təhlillərlə çıxış edən nüfuzlu şirkətdir. O, ayrı-ayrı ölkələrin sosial-iqtisadi durumu və inkişaf meyilləri, biznes və investisiya mühiti, aparıcı şirkətləri və digər məsələlər haqqında ildə bir neçə xüsusi buraxılış hazırlayır və bütün dünyada yayır. Şirkətin xüsusi buraxılışları dünyanın aparıcı biznes dairələri tərəfindən maraqla qarşılanır, işgüzar əlaqələrin inkişafına və birgə iqtisadi layihələrin reallaşdırılmasına töhfə verir. Onun “The Oil & Gas Year” jurnalı dünyanın 35 ən iri neft və qaz bazarını əhatə edən, bu sahədə ilkin araşdırma apararaq biznes ehtiyatlarını müəyyənləşdirən nəşrdir.
Xatırladaq ki, jurnalın Azərbaycana həsr olunan xüsusi buraxılışları ənənəvi olaraq AZƏRTAC-ın media tərəfdaşlığı ilə nəşr edilir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info