Gənclərimiz Almaniyada ölkəmizi uğurla təmsil edirlər
Tarix: 16.06.2016 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Azərbaycanlı gənclər Almaniyanın Magdeburq şəhərində 26 ölkənin gənclərinin iştirak etdiyi “Mədəniyyətlərin festivalı-2016” tədbirində Azərbaycanı uğurla təqdim ediblər. Tədbirin keçirilməsində məqsəd 26 ölkənin gənclərinin mədəniyyət sərgisinin təşkili və tanıdılmasından ibarət olub.Festivalda ölkəmizi təmsil edən “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyinin sədri Əzizağa Atakişiyev bildirib ki, Almaniyada təhsil alan və işləyən 26 ölkədən olan gənclərin iştirak etdiyi tədbirdə Azərbaycanla bağlı stend və fotoguşə hazırlanaraq nümayiş olunub. Festivalda azərbaycanlı gənclər çıxış edərək ölkəmiz haqqında ətraflı məlumat verib, Azərbaycanın Berlindəki səfirliyi tərəfindən təqdim olunan maarifləndirici broşür və kitabçaları tədbir iştirakçılarına paylayıblar. Azərbaycanın stendinə baş çəkən iştirakçılar ölkəmizin çay və milli şirniyyatlarına qonaq ediliblər.Qeyd edək ki, Ə.Atakişiyevlə yanaşı daha 4 azərbaycanlı gənc hazırda Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Otto Van Guericke Magdeburq Universitetində “Beynəlxalq liderlik proqramı” çərçivəsində peşə təhsilinin menecmenti üzrə təhsil alırlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info