Minskdə MDB ilə bağlı tədbir keçiriləcək
Tarix: 16.06.2016 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


İyunun 21-22-də Minskdə, MDB İcraiyyə Komitəsində hərbi təyinatlı peyk rabitə sistemlərindən istifadə olunması və onların təkmilləşdirilməsi haqqında Saziş layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcək.Sənədə görə, hərbi təyinatlı peyk rabitə sistemlərindən istifadə və onların təkmilləşdirilməsi silahlı qüvvələrin və onlar arasında qarşılıqlı fəaliyyət yaradan təşkilatların idarə olunmasının etibarlılığını artırmaq məqsədi ilə həyata keçiriləcək.Bundan ötrü MDB-nin iştirakçısı olan dövlətlərin milli seqmentləri əsasında inteqrasiya olunmuş hərbi təyinatlı peyk rabitə sistemi yaratmaq planlaşdırılır. Belə sistemin yaradılmasına vahid yanaşmaları təmin etmək üçün Rusiya Müdafiə Nazirliyi texniki xarakteristikalara tələblərin işlənib hazırlanması üzrə baş təşkilat kimi hərbi təyinatlı peyk rabitəsinin milli seqmentlərinin xarakteristikalarının uyğunluğunu təmin edən layihə və istismar sənədlərinin işlənib hazırlanmasında Birlik ölkələrinin müdafiə nazirliklərinə kömək edəcək.Tərəflər kosmik komplekslərin, hərbi təyinatlı peyk rabitə sistemlərinin və onların elementlərinin təkmilləşdirilməsinə yönəldilən elmi-tədqiqat və təcrübi-konstruktur işlərini kooperasiya əsasında elmi-tədqiqat təşkilatlarında və sənaye müəssisələrində həyata keçirməyi planlaşdırırlar. Onlar vahid texniki siyasət yürütmək üçün hərbi təyinatlı peyk rabitə sistemlərinin təşkilatı-texniki strukturunda planlaşdırılan dəyişikliklər barədə bir-birini vaxtında məlumatlandırmaq, habelə onların təkmilləşdirilməsi və inkişafı üzrə tədbirlər görmək barədə razılığa gəliblər.Sazişin reallaşdırılması üzrə fəaliyyətin əlaqələndirilməsi Birlik ölkələrinin Müdafiə Nazirləri Şurasına həvalə edilib.Sazişin layihəsi ekspertlər səviyyəsində razıllaşdırıldıqdan sonra sənəd baxılması MDB Hökumət Başçıları Şurasına təqdim ediləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info