Aqasi Enokyan: “Ermənistanı idarə etmək üçün bir “JEK” müdiri də kifayətdir”
Tarix: 16.06.2016 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


“Son proseslər göstərir ki, Ermənistan tamamilə xarici idarəetməyə keçib. Bizim hakimiyyət, ancaq başqalarının qərarı ilə fəaliyyət göstərirlər. Bizə nə prezident, nə də parlament lazım deyil”

İyunun 20-də keçirilməsi gözlənilən dövlət başçılarının Sankt-Peterburq görüşü Vyana görüşündən sonra yaranan qeyri-müəyyən vəziyyətə aydınlıq gətirəcək. Rusiyanın təşəbbüsü ilə reallaşacaq bu görüş indidən İrəvanda narahatlıq yaratmağa başlayıb. Ermənistan mediasında bu görüşlə bağlı yayılan məlumatlarda qeyd edilir ki, Sankt-Peterburq görüşü İrəvanın Bakının şərtlərini qəbul etməsi deməkdir.
Erməni politoloq Aqasi Enokyan “Lragir”ə müsahibəsində bildirib ki, Peterburq görüşü Vyanada əldə edilən müəyyən razılaşmaların pozulması ilə nəticələnə bilər. Ekspert fikrini bu görüşün ATƏT-in təşəbbüsü ilə deyil, sırf Moskvanın istəyi ilə təşkil olunması ilə əsaslandırıb. Məsələ ondadır ki, amerikalı həmsədr iyun ayının sonlarına ATƏT xətti ilə dövlət başçılarının görüşünün planlaşdırıldığını açıqlayıb. Erməni ekspert iki prosesin paralel şəkildə davam edəcəyini istisna etməyib: “Peterburqda Azərbaycan tərəfinin yeni təkliflə çıxış etməsi gözlənilir. Ona görə də bu görüş İrəvan üçün çox təhlükəlidir. Ermənistan nəyəsə razılıq verməzdən əvvəl ciddi şəkildə düşünməlidir. Ermənistanın Peterburq görüşünə getməmək ehtimalı yoxdur. Son proseslər göstərir ki, Ermənistan tamamilə xarici idarəetməyə keçib.

“Sankt-Peterburq görüşü İrəvanın Bakının şərtlərini qəbul etməsi deməkdir”

Ermənistan Dünya Bankının tələbi ilə vergi məcəlləsini, Avropa İttifaqının tələbi ilə seçki məcəlləsini dəyişir, ABŞ-ın tələbi ilə Vyana görüşünə gedir, Moskvanın tələbi ilə də Peterburqa gedəcək. Burada əsas məsələ qeyd edilən xarici qüvvələr arasında konsensus əldə edilib-edilməməsindədir. Bizim hakimiyyət ancaq başaqlarının qərarı ilə fəaliyyət göstərirlər. Bizə nə prezident, nə də parlament lazım deyil. Ermənistanı idarə etmək üçün bir “JEK” müdiri də kifayətdir. Mən Rusiya müdafiə naziri Şoyqunun Azərbaycan və Ermənistan müdafiə nazirləri ilə görüşünə diqqət çəkmək istəyirəm. Şoyqu azərbaycanlı həmkarı ilə görüşdə əməkdaşlığı daha genişləndirməkdən danışaraq strateji tərəfdaşlığı “nəyin bahasına olursa” qoruyacaqlarını deyib. Şoyqu azərbaycanlı həmkarını müasir silah sərgisinə də dəvət etdi. Amma erməni nazirlə görüşdə belə münasibət olmadı. Ohanyanla görüşdə, sadəcə, mövcud münasibətlərin səviyyəsindən danışıldı”. Ekspert onu da bildirib ki, İrəvan danışıqlarda Qarabağın iştirakı ilə bağlı şərt irəli sürməyəcək.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Azərbaycan təhsil sistemində idarəetmə texnologiyalarının tətbiqi zəruridir
21.05.2019
“Mxitaryan, axı sən nə istəyirsən?”
20.05.2019
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20.05.2019
Ramin Əhmədov: ”Azərbaycanda mükəmməl sosial təminat sistemi qurulub”
20.05.2019
Millət vəkili Azər Badamov: “Hədəf neftdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info