“İŞİD” Qərbdə yenidən terror həyata keçirə bilər”
Tarix: 17.06.2016 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


“İŞİD” terror təşkilatı bundan sonra da Qərb ölkələrində terror aktları həyata keçirməyə cəhd edəcək”.
“RİA Novosti” agentliyinin xəbərinə görə, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennanın Senatın Kəşfiyyat komitəsində edəcəyi çıxışın mətnində deyilir. Mətn “Associated Press” agentliyi tərəfindən yayılıb. Mətndə qeyd edilib ki, “İŞİD”-in Qərb ölkələrində terror aktları həyata keçirməyə imkan verəcək qədər döyüşçüsü var: “Hazırda “İŞİD” öz adamlarını ya qaçqın, ya da adi səyahətçi kimi göndərməyə çalışır. “İŞİD” Paris və Brüsseldə olduğu kimi, həm birbaşa hücumlar, həm də tərəfdarları vasitəsilə terror aktları həyata keçirmək niyyətindədir”. MKİ-nin direktoru “İŞİD”-i “təhlükəli düşmən” adlandırıb. Eyni zamanda, mətndə deyilir ki, “İŞİD” iki il əvvəl Mosulu işğal edərkən Əbu Bəkr əl Bağdadinin vəd etdiklərini həyata keçirməkdən çox uzaqdır: “Lakin koalisiya qüvvələrinin Suriya və İraqdakı hərbi uğurlarına baxmayaraq, bizim cəhdlərimiz hələ də qruplaşmanın terror aktları həyata keçirmək və bütün dünyada fəaliyyət göstərmək imkanlarını zəiflətmir”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info