Lilldə ingilis-fransız toqquşması
Tarix: 17.06.2016 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Fransada keçirilən futbol üzrə Avropa çempionatında azarkeşlər arasında toqquşmaların qarşısını almaq mümkün olmur. İyunun 16-na keçən gecə Lill şəhərində ingilis azarkeşlər bu dəfə fransızlarla toqquşub.
“Euronews” telekanalı xəbər verir ki, Lillin fan-zonasında Albaniya yığması ilə Fransa arasında oyunu izləyən minlərlə fransız azarkeş qələbəni qeyd etmək üçün şəhərin mərkəzinə axışıb. İngilis azarkeşlərin də olduğu meydanda baş verən toqquşmanın böyüməsinin qarşısını almağa çalışan polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. Nəticədə 16 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 36 nəfər saxlanılıb. Lildə keçirilən Rusiya və Slovakiya oyunundan sonra isə hər iki tərəfin azarkeşləri sülhlə ayrılıb. Xatırladaq ki, bir neçə gün əvvəl Marselin “Stade Velodrome” stadionunda ingilis və rus futbol xuliqanları arasında toqquşma baş vermişdi. Bununla bağlı UEFA Rusiya yığmasını şərti olaraq diskvalifikasiya edib, ölkənin futbol ittifaqı isə 150 min avro məbləğində cərimələnib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info