“The Washington Times”: “ABŞ Çinə görə Rusiya ilə barışmaq məcburiyyətindədir”
Tarix: 17.06.2016 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatları məhz Çinə görə Rusiya ilə barışmaq məcburiyyətindədir. Məlumdur ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi qadağalar Kremli Çinə üz tutmağa məcbur edib. Bu da Çinin uzun müddətdən bəri Asiya-Sakit okean regionunda ABŞ ilə apardığı mübarizədə bu ölkəyə əlavə stimul verir.
Təbii ki, bu vəziyyət regiondakı qüvvə balansının ABŞ-ın əleyhinə dəyişməsinə səbəb olur. Bu fikirlər nüfuzlu “The Washington Times” nəşrində dərc edilən yazıda yer alıb. Nəşrin təbirincə, ABŞ-ın Rusiya ilə münasibətlərinin normalaşması Pekinin iddialarına qarşı mübarizədə Vaşinqtona əlavə imkanlar verə bilər. Nəşr əməkdaşının fikrincə, Vaşinqton Asiya-Sakit okean regionunda Çinin qarşısını almaq siyasəti həyata keçirir. Lakin, belə görünür ki, Pekinin Cənubi Çin dənizindəki son hərəkətləri bu ölkənin geri çəkilmək niyyətində olmadığını göstərir. Məhz elə buna görə də, ABŞ Çinin ambisiyalarını cilovlamaq üçün effektiv bir seçim kimi, Rusiya ilə münasibətləri normallaşdırmaq məcburiyyətindədir. Bir daha xatırlatmaq yerinə düşər ki, Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Qərb arasında münasibətlərin pisləşməsi Moskvanı Pekinlə daha yaxında münasibətlər qurmağa, bu ölkə ilə işləməyə məcbur edib. Moskvanın Pekinlə bağladığı iqtisadi müqavilələr Rusiyaya qarşı tətbiq edilmiş iqtisadi qadağaların təsirinin azalmasına imkan yaradır. Qeyd edilməlidir ki, Rusiyanın belə bir addımı Çinə də əlavə stimullar vermiş oldu. Belə ki, hazırda Çin Moskvanın iqtisadi qərarlarına da təsir etmək imkanı əldə edib. Nəşrin ehtimalına görə, Çinin Rusiya ilə yaxınlaşması iqtisadi xarakterli olmasına baxmayaraq, qadağalar rejimində bu çox da uzunömürlü görünmür. “The Washington Times” yazır ki, qadağalar Rusiyanı Çinin “kiçik ortağı” olmağa, onun siyasi seçim qabiliyyətini və Asiya regionu ilə bağlı məsələlərdə müstəqil hərəkət etmək qabiliyyətini azaltmağa məhkum edib: “Lakin bütün bunlara baxmayaraq, Rusiyanın dəstəyini təmin edən Çin bölgədə daha aqressiv siyasət həyata keçirmək üçün geniş imkanlar əldə edib. Məhz elə bunları nəzərə alan Vaşinqton Rusiya ilə yaxınlaşmalı və Asiyada öz strategiyasını həyata keçirmək üçün daha çox imkanlar əldə etməlidir. Bu, Rusiyanın ABŞ ilə müttəfiq olması anlamına gəlməməli və Çinlə əlaqələrinin qorunub saxlanmasına də zərər gətirməməlidir. Bu, sadəcə, Rusiya-Çin və Rusiya-Amerika arasında balanslaşdırılmış tərəfdaşlıq olacaq”. Münasibətlərin normallaşması Asiya-Sakit okean regionunda təhlükəsizlik məsələləri üzrə dialoqun aparılmasında böyük imkanlar yaradır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info