“Əsas vəzifələrdən biri diaspor təşkilatlarının sıx birləşməsidir”
Tarix: 17.06.2016 | Saat: 01:24:00 | E-mail | Çapa göndər


Emin Hacıyev:
“Rusiyada çox maraqlı layihələri olan gənc biznesmenlər az deyil. Onlar Azərbaycanda öz işlərini qurmaq istəyirlər”

Məlum olduğu kimi, iyunun 3-4-də Bakıda Dünya Azərbaycanlılarının IV qurultayı keçirilib. Qurultayda 49 ölkədən olan Azərbaycan diaspor təşkilatlarının 500-dən çox nümayəndəsi, o cümlədən Rusiyada yaşayan həmvətənlərimizin çoxsaylı nümayəndə heyəti iştirak edib.

Nümayəndə heyətinin üzvlərindən biri - Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) idarə heyətinin üzvü Emin Hacıyev xalqlar arasında dostluğun möhkəmlənməsində və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. E.Hacıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə təşəkkürünü bildirib. O deyib: “Bu, hər bir azərbaycanlı üçün yüksək mükafatdır. Mənim fəaliyyətimin yüksək qiymətləndirilməsinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirmək, habelə RAGB-nin sədri Leyla Əliyevaya təşəkkür etmək istəyirəm. Leyla xanım mənə inanıb və Rusiyada yaşayan azərbaycanlı gənclərlə işləmək kimi məsul bir vəzifəni etibar edib”. E.Hacıyev qeyd edib ki, Leyla Əliyevanın rəhbərlik etdiyi RAGB-nin əsas vəzifəsi azərbaycanlı gəncləri birləşdirmək, gənclərin Rusiya cəmiyyətinə inteqrasiyasına şərait yaratmaq, onların təhsilinə kömək etmək, planlarını və ideyalarını dəstəkləməkdir. Bu ona görə lazımdır ki, Rusiyada yaşayan azərbaycanlı gənclər ölkəmizin zəngin mədəniyyətini, qədim tarixini və ənənələrini ləyaqətlə təmsil edə bilsinlər. RAGB idarə heyətinin üzvü deyib: “Bu gün Rusiyada RAGB-nin 70-dən çox regional bölməsi var. Rusiyanın bir sıra ali məktəblərində Azərbaycan klubları fəal iş aparır. Leyla Əliyevanın səyi sayəsində gənclərimizin inkişafı və onların Rusiya cəmiyyətinə inteqrasiyası üçün hər cür şərait yaradılıb. Bizim gənclərin arasında savadlı və istedadlı uşaqlar çoxdur. Onlar iki ölkə arasında dostluğun möhkəmlənməsinə kömək edirlər. Bu gün RAGB aparıcı beynəlxalq və yerli ictimai təşkilatlarla sıx və səmərəli əməkdaşlıq qurmuş, möhkəm və vahid təşkilatdır. RAGB xeyriyyəçilik, intellektual, mədəni və təhsil xarakterli çoxlu tədbirlər keçirir. Azərbaycan Prezidenti İlham Əliyev dünya Azərbaycanlılarının IV qurultayının açılış mərasimindəki çıxışında diaspor təşkilatlarının fəalları qarşısında bir sıra vəzifələr qoyub, bu təşkilatların sıx birləşməsinin vacibliyini xüsusi qeyd edib. Dövlət başçısı vurğulayıb ki, diaspor təşkilatları yalnız bu halda daha güclü olacaq, cəmiyyətdə onlara hörmət artacaq. Prezident xaricdə yaşayan azərbaycanlı biznesmenləri Azərbaycana sərmayə qoymağa çağırıb. Fikrimcə Azərbaycan diasporunun fəalları qarşısında ən başlıca məsələ, əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmaqdır. Rusiyada yaşayan azərbaycanlı gənclər, bizim tələbələr konfranslarda, forumlarda, disputlarda fəal iştirak edir, sosial şəbəkələrdə intensiv iş aparır. Prezident İlham Əliyev diasporun işinin zəif cəhətlərinə də toxunaraq qeyd edib ki, azərbaycanlılar xarici ölkələrin dövlət, hökumət və qanunvericilik orqanlarında lazımınca təmsil edilməyiblər, xarici media-strukturlarla iş aşağı səviyyədədir”. Emin Hacıyev sonda deyib: “Rusiyada çox maraqlı layihələri olan gənc biznesmenlər az deyil. Onlar Azərbaycanda öz işlərini qurmaq istəyirlər. Biz belə insanlarla görüşlər keçirəcək, Azərbaycanda biznes sahəsi barədə onlara məsləhətlər verəcək, müxtəlif dövlət strukturlarına və media qurumlarına layiqli azərbaycanlıların namizədliyini daha fəal irəli sürəcəyik. Prezident tərəfindən qarşıya qoyulmuş bütün hədəflərə nail olmaq üçün diaspor təşkilatları və diplomatik missiyalar əlbir işləməli, bir-birini dəstəkləməlidir” Əgər buna nail ola bilsək, istənilən çətinlikləri dəf edə biləcəyik”.
F. Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info