Yayda 20 mindən çox uşaq sağlamlıq müəssisələrində dincələcək
Tarix: 17.06.2016 | Saat: 01:32:00 | E-mail | Çapa göndər


Bu il yay mövsümündə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xətti ilə 20 min nəfərdən çox uşağın sağlamlaşdırılması və sağlamlıq müəssisələrində istirahəti nəzərdə tutulur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov “Trend”-ə bildirib ki, bu il həmkarlar ittifaqlarının sağlamlıq müəssisələrində dincələcək uşaqların sayının 2000 nəfərdən artıq olacağı gözlənilir.
Bundan əlavə, sahə Həmkarlar İttifaqı təşkilatları tərəfindən də uşaqların yay istirahətlərinin təşkili nəzərdə tutulur. N.Ağamirov deyib ki, sağlamlıq müəssisələrinə yollayışlar, ilk növbədə həmin müəssisələrin məxsus olduğu sahənin müəssisə və təşkilatlarında çalışan işçilərin uşaqlarına veriləcək. Bu il istirahətinin təşkili nəzərdə tutulan 2000 nəfərdən artıq uşaqdan 200 nəfəri yollayışdan tam güzəştlə - pulsuz istifadə edəcək. Həmin yollayışlar, əsasən, aztəminatlı, şəhid, qaçqın, məcburi köçkün və əlil ailələrinin uşaqları üçün nəzərdə tutulur. Qalan 1800 uşaq isə dəyərinin yalnız 15 faizini ödəməklə yollayış əldə edəcəklər:"Bir ədəd yollayışın dəyərinin 237 manat olduğunu nəzərə alsaq, işçilər öz uşaqları üçün alacaqları yollayışın dəyərinin yalnız 15 faizini, yəni 35 manat ödəyəcəklər. Uşaqların istirahətinin dolğun və səmərəli keçməsi üçün istirahət müəssisələrində lazımi şərait yaradılıb".
Qeyd edək ki, 2015-ci ilin yay mövsümündə də 20 min nəfərə yaxın uşağın sağlamlaşdırılması və istirahəti təşkil edilib. Bunlardan 2 min nəfəri həmkarlar ittifaqlarının sağlamlıq müəssisələrində dincəlib, qalanları isə Həmkarlar İttifaqının xətti ilə öz valideynləri ilə birlikdə respublikanın səfalı guşələrindəki istirahət mərkəzlərində istirahət ediblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info