“Formula-1” həyəcanı başlayır
Tarix: 17.06.2016 | Saat: 01:34:00 | E-mail | Çapa göndər


“Red Bull Racing” komandasının ulduz pilotları Daniel Rikkardo və Maks Verstappen “Formula-1” Avropa Qran-prisində qələbəyə ümid edirlər. Qeyd edək ki, “Red Bull Racing” 2005-ci ildəki debüt çıxışından sonra “Formula-1” üzrə dünya çempionatlarında dörd dəfə qalib gəlib.
Ölkəmizlə bağlı ilk təəssüratlarını bölüşən D.Rikkardo deyib: “Bakı ilə bağlı ilk təəssüratım odur ki, şəhərin bu qədər böyük olacağını gözləmirdim. Bildiyimə görə, yarış zamanı hava yaxşı olacaq və bu, o deməkdir ki, bizi gözəl həftəsonu gözləyir”. “Formula-1” tarixində ən gənc sürücü olan M.Verstappen də yarış barədə danışarkən deyib: “Bakı şəhər halqası “Formula-1” dünyasında yeni trasdır və biz onu yalnız simulyatorda nəzərdən keçirmişik. Trası bolidlə sınaqdan keçirib, treklə yaxından tanış olmaq üçün səbirsizliklə yarışı gözləyirik”. “Formula-1” üzrə üçqat dünya çempionu Luis Hamilton Bakıda keçiriləcək Qran-pridə də birinci olacağına ümid edir. Hamilton Bakı Qran-prisini birinci sırada başa vuracağı təqdirdə ardıcıl üç turun qalibi olmaqla yanaşı, hazırda birinci yerin sahibi olan komanda yoldaşı Niko Rosberqi qabaqlaya bilər. Bakı şəhər halqası “Formula-1” yarışına bilet alan şəxslərə əyləncə dolu günlər bəxş edəcək. Bakı bulvarı boyunca əyləncə zonaları, avtoqraf sessiyaları və Pitleyn gəzintiləri, eləcə də dünya şöhrətli müğənnilər Kris Braunun, Enrike İqlesiasın və Farrel Uilliamsın konsertləri Bakı Qran-prisinin tamaşaçılarına unudulmaz anlar yaşadacaq. Qeyd edək ki, “Formula-1” Avropa Qran-prisinin yüksək səviyyədə təşkili, eləcə də yerli və əcnəbi qonaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bakıda ilk dəfə təşkil olunan “Formula-1” Avropa Qran-prisi ərəfəsində və yarış günlərində ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının etibarlı qorunması, müvafiq tədbirlər planından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə DİN-in aparatının struktur qurumlarının Bakıda, Sumqayıtda və Abşeron rayonunda yerləşən ərazi polis orqanlarının, nizami polis hissələrinin və Daxili Qoşunların hərbi hissələrinin şəxsi heyəti iyunun 20-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info