Bakıya növbəti ikimərtəbəli elektrik qatarı gətirilib
Tarix: 17.06.2016 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


"Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş KİSS markalı daha iki ədəd ikimərtəbəli elektrik qatarı Bakı sərnişin stansiyasına gətirilib. 
“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, bu, artıq ölkəmizə gətirilən sayca beşinci qatardır. 
Qeyd edək ki,  “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarının birincisi   2015-ci ilin mayın 30-da, ikincisi isə isə mayın 31-də, üçüncüsü isə avqustun 20 -də  Bakı sərnişin stansiyasına gətirilib. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında  sərnişinlərin  yüksəkkeyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir. "Azərbaycan Dəmir Yolları" QSC-də gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz şəraitdə mənzil başına çatdırılması istiqamətində görülən işlər  davam etdiriləcək. 
Xatırladırıq ki, dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə “Azərbaycan Dəmir Yolları” QSC ilə “Stadler Rail Group”  şirkəti arasında artıq uzun müddətdir ki, danışıqlar aparılıb. 13 may 2015-ci ildə Bakıda keçirilən “2015 TransCaspian” Beynəlxalq nəqliyyat, tranzit və logistika  sərgisi çərçivəsində “Stadler Rail Group” şirkətindən KİSS markalı 5 ikimərtəbəli elektrik qatarınin alınması üzrə saziş imzalanıb.
 
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20.02.2019
“Yaşıl dəhliz“ sistemindən uğurlu nəticələr əldə edilir
20.02.2019
Rayonlarda ətirli tütün əkiləcək
20.02.2019
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir
20.02.2019
Biznes mühiti nöqteyi-nəzərindən 10 ən islahatçı ölkədən biriyik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info