Suriya və İraqda 22 minədək “İŞİD” terrorçusu var
Tarix: 17.06.2016 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Hazırda Suriya və İraqda “İŞİD” qruplaşmasının 18-22 minədək yaraqlısı fəaliyyət göstərir. Bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan Senatda kəşfiyyat üzrə xüsusi komitənin dinləmələrində çıxış edərkən məlumat verib. TASS informasiya agentliyi xəbər verir ki, “İŞİD” üzvlərinin sayı bir il əvvəlkinə nisbətən xeyli azalıb. ABŞ-ın səlahiyyətli orqanlarının hesablamalarına görə, keçən il İraq və Suriya ərazisində 33 minədək yaraqlı var idi.Qruplaşmanın fəaliyyət göstərdiyi digər regionlara gəlincə, Brennan yaraqlıların sayının Liviyada 5-8 min, Misirdə bir neçə yüz və ya mindən çox olmayaraq, Yəməndə bir neçə yüz, Əfqanıstan və Pakistanda yüzlərlə, Nigeriyada isə 7 minə yaxın olduğunu qeyd edib.Suriya barədə ətraflı danışan ABŞ-ın əsas kəşfiyyat orqanının rəhbəri bu ərəb ölkəsində Bəşər Əsəd qoşunlarına qarşı hərbi əməliyyatlarda iştirak edən və bir neçə min əsgərinin olduğu “Cəbhət-ən-Nusra” qruplaşmasının da aktiv olduğunu deyib.O, həmçinin ABŞ Prezidenti Barak Obama, Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Komi və digər vəzifəli şəxslərin ardından bir neçə gün əvvəl Florida ştatının Orlando şəhərində fəaliyyət göstərən gecə klubunda baş verən insidentin “xarici terror təşkilatları” ilə əlaqəsinin aşkar edilmədiyini vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info