Norman Nato GP2 seriyası üzrə test yürüşünün qalibi olub YENİLƏNİB
Tarix: 17.06.2016 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


GP2 seriyası üzrə test yürüşünün nəticələri bəlli olub.
“Racing Engineering” komandasının fransalı pilotu Norman Nato test yürüşündə birinci olub. “Prema Racing”in sürücüsü italiyalı Antonio Covinatsi ikinci, “Art Grand Prix”in rusiyalı pilotu Sergey Sirotkin isə üçüncü yeri tutublar. 
GP2 seriyası üzrə birinci test yarışı artıq başa çatıb.
Saat 13:00-da Formula-1 üzrə birinci test yürüşü keçiriləcək. Saat 15:00-da isə GP2 seriyası üzrə təsnifat yürüşünə start veriləcək.
İyunun 17-də saat 11-də Bakıda Formula-1 Avropa Qran-prisinə start verilib.
Avropa Qran-prisinə dəstək olaraq, GP2 seriyasının 12-ci mövsümünün növbəti mərhələsi başlayıb. Ən güclü seriyalardan olan GP2 bir çox sürücülərin Formula-1-də debütü üçün son mərhələ hesab edilir. Builki pelotonun tərkibində yer alan Niko Rosberq və Luis Hamilton daxil olmaqla 9 pilot vaxtilə GP2 seriyasında çıxış edib və bəziləri çempion olub.
Gənc və istedadlı pilotların idarə etdiyi GP2 seriyası maşının görünüşü Formula-1 bolidini xatırlatsa da, diqqətlə baxdıqdan sonra arada böyük fərq olduğu ortaya çıxır. GP2 bolidləri kiçikdir və antiqanadlar, ümumi aerodinamik elementlər daha sadədir. Onlar saatda 100 kilometr sürəti cəmi 2,9 saniyəyə yığmağa imkan verən 650 at gücündə 8 silindrli mühərriklə təchiz edilib.
Eyni zamanda, qeyd etmək lazımdır ki, GP2 monoseriyadır. Yəni, bütün komanda və sürücülərin bolidləri eynidir, yalnız sazlamalar hər bir komanda tərəfindən ayrıca həyata keçirilir. Bu prinsip seriyanın yarışlarını daha maraqlı edir.
2016-cı ilin GP2 təqvimi 11 yarışdan ibarətdir. Onların hamısı Formula-1 həftəsonu çərçivəsində keçirilir. Mövsüm İspaniyanın Barselona trekində start götürür və Abu-Dabidə yekunlaşır. GP2 seriyasının üçüncü mərhələsi Avropa Qran-prisinin dəstək yarışı kimi Bakı şəhər halqasında keçirilir.
Çempionatda hər birində 2 pilot olmaqla 12 kollektiv təmsil olunur. Bu il pelotonun tərkibinə çox güclü və istedadlı pilotlar - Pyer Qasli (“Red Bull”un gənc pilotlar proqramının iştirakçısı), Aleks Linn (“Wiliams” komandasının Formula 1-də inkişaf üzrə pilotu), Serqey Sirotkin (“Renault” komandasının Formula 1-də test pilotu), təcrübəli Mitç Evans, Artyom Markelov və başqaları daxildir.
Hazırda GP2 seriyasının 45 dəqiqəlik sərbəst yürüşlərdən ibarət ilk mərhələsi keçirilir. Daha sonra 30 dəqiqəlik sıralama turu olacaq. Nəticədən asılı olaraq, iyunun 18-də keçiriləcək ilk yarışın start düzülüşü müəyyənləşəcək (yarış 60 dəqiqə və ya 170 kilometr təşkil edir). İlk yarışın nəticəsinə əsasən, sürücülər 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal qazanırlar.
İyunun 19-da isə ikinci yarış keçiriləcək. Yarışda bolidlərin start düzülüşü aşağıdakı qaydada müəyyənləşəcək: İyunun 18-də keçiriləcək yarışda 1-8-ci pillələrdə yer alan sürücülər, növbəti gün tam əks qaydada start götürəcəklər. Digərləri isə birinci yarışın nəticələrinə uyğun olaraq düzüləcəklər.
İkinci yarışda xallar ilk 8 pilota verilir: 15, 12, 10, 8, 6, 4, 2, 1. Yarışın vaxtı 45 dəqiqəyə və ya 120 kilometrə qədər endirilir. Bundan əlavə, poul vəziyyəti qazanan pilot əlavə olaraq 4 xal, hər iki yarışda sürətli dövrə vuran pilotlar isə 2 xal qazanırlar.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb
17.09.2018
Mina Abbasova növbəti qələbəsini də Azərbaycana həsr etdi
17.09.2018
“Fənərbağça” beşinci turda qalib gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info