Türkiyədə 12 mindən artıq azərbaycanlı tələbə təhsil alır
Tarix: 17.06.2016 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Azərbaycanlı tələbələr Türkiyədə təhsil alan əcnəbi tələbələr arasında sayca ilk yerdə qərarlaşıb. “Hürriyet” qəzetinin verdiyi məlumata görə, bu, Türkiyə Ali Təhsil Şurasının açıqladığı hesabatda əksini tapıb.  
Son 5 ildə Türkiyədə təhsil alan əcnəbi tələbələrin sayı 182 faiz artıb və hazırda Türkiyədə 87 min 903 əcnəbi tələbə bakalavr, magistr və doktorantura təhsili alır. Bunlardan 12 min 504 nəfəri azərbaycanlı tələbələrdir. Azərbaycanlı tələbələrin 2 min 776-sı qızdır. Türkmənistan 9 min 903 tələbə ilə ikinci, Suriya 9 min 689 tələbə ilə üçüncü, İran 5 min 661 tələbə ilə dördüncü, İraq 4 min 414 tələbə ilə beşinci, Əfqanıstan 4 min  338 tələbə ilə altıncı, Qırğızıstan 1994 tələbə il yeddinci, Yunanıstan 1993 tələbə ilə səkkizinci, Qazaxıstan 1986 tələbə ilə doqquzuncu, Liviya 1668 tələbə ilə onuncudur.   
Türkiyədə Çindən 1297, Rusiyadan 1283, Almaniyadan 722, ABŞ-dan 334, Fransadan 131, Böyük Britaniyadan 115, Yaponiyadan 34 tələbə təhsil alır. 
Xarici tələbələrin ən çox üz tutduğu ali məktəblər İstanbulda yerləşir. 87 min 903 xarici tələbədən 24 min 343-ü İstanbuldakı ali məktəblərdə təhsil alır. Xarici tələbələrin ən çox üz tutduğu ali məktəb isə 5 min 556 tələbə ilə İstanbul Universitetidir. 
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info