KİVDF Gəncə ilə birgə müsabiqə elan etdi
Tarix: 17.06.2016 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə fərdi jurnalist yazıları müsabiqəsini
təşkil edir.
Müsabiqənin məqsədi Gəncə şəhərinin sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq.
Müsabiqənin mövzusu

"Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"

Müsabiqədə iştirak
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər
1.Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır.
2.Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3.Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc
olunmalıdır.
4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının
tərtib etdiyi "qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
5. Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:
5.1.Azərbaycan jurnalistlərinin l qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
a)Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi"qara siyahı"ya düşən qəzetlər.
b)Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi"qara siyahı"dan çıxarılan qəzetlər (1 il müddətində).
c)Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində)
6. Qəzetdə dərc olunmuş yazıda "Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

Yazıların qəbul qaydaları
1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) 1 nüsxə
2. Yazının Elektron variantı (Arial (12) şriftində -CD diskdə) 1 nüsxə
3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə
4. Yazıların həcmi : 1 səhifə (A3) olmalıdır (9-11 min işarə),

Tələb olunan sənədlər
1.Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası)
2.İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə)
3. Şəxsiyyət vəsiqəsinin surəti,
4.Şəxsi VÖEN-nin surəti ,
5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı).
Hesabın aktiv olması bank tərəfindən təsdiqlənməlidir

Qeyd : İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Fonda müraciət edə bilərsiniz.
Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.
Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.

Yazıların qəbulu 03 iyun 2016-cı il tarixdə başlayır, 08 iyul 2016-cı il tarixdə başa çatır.
Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qiymətləndirmə meyarları:
- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması
Müsabiqədə
I yer üçün bir nəfər (1000 AZN)
II yer üçün iki nəfər (800 AZN)
III yer üçün üç nəfər (600 AZN)
yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulmuşdur.
Bundan əlavə, 10 yazı müəllifinə (200 AZN) həvəsləndirici mükafatlar veriləcəkdir.
Qaliblər, həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.





 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info