“Həmməruzəçilər Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktına toxunmayıblar”
Tarix: 17.06.2016 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


"AŞPA Monitorinq Komitəsinin Ermənistana faktaraşdırıcı səfərin nəticələrinə dair məlumatında Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanması faktı göstərilməyib”. 
Bu sözləri açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib. O bildirib ki, AŞPA Monitorinq Komitəsinin 20 iyun tarixli iclasında Ermənistan üzrə həmməruzəçilər Alan Meale və Cüzeppe Galatinin 10-12 may tarixlərdə Yerevana faktaraşdırıcı səfərlərinin nəticələri ilə bağlı məlumatları təqdim olunacaq: “Məlumatda aprel ayının əvvəlində cəbhədə baş vermiş dörd günlük müharibəyə diqqət ayrılıb. Diqqəti çəkən məqam odur ki, həmməruzəçilər Dağlıq Qarabağ probleminə yer ayırsalar da, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi faktına toxunmayıblar. Onlar AŞPA-nın 26 yanvar 2016-cı il tarixli, işğal faktını özündə əks etdirən 2085 saylı qətnaməsinə istinad etməyiblər”. 
E. Süleymanovun sözlərinə görə, AŞPA-nın həm Azərbaycan, həm də Ermənistan üzrə həmməruzəçiləri Azərbaycan torpaqlarının işğalı ilə bağlı təəccüb doğuran mövqe nümayiş etdirirlər: “Hər iki ölkə üzrə həmməruzəçilər Azərbaycan torpaqlarının Ermənistan dövləti tərəfindən işğal edilməsi və indiyədək işğal altında saxlanılması faktından bu məsələnin onların mandatına aid olmaması bəhanəsi ilə yan keçirlər. Torpaqların dinc yolla azad edilməsi və sülh danışıqlarının uğurla nəticələnməsi üçün bütün beynəlxalq təşkilatlar beynəlxalq hüququn əsas prinsiplərini üstün tutaraq Ermənistandan işğala son qoymasını və torpaqları azad etməsini tələb etməlidir. Bu barədə AŞPA konkret olaraq 2085 (2016) saylı qətnamə qəbul edib. Çox təəssüf ki, hər iki ölkənin  həmməruzəçiləri bu tələbləri ön plana çəkmir və öz məruzələrində istifadə etmirlər. Digər tərəfdən, torpaqlarımızın işğaldan azad edilməsi məsələsinin yalnız ATƏT-in Minsk Qrupunun səlahiyyətində olması bəhanəsi ilə digər beynəlxalq qurumlar, o cümlədənAŞPA-da müzakirə edilə bilməməsinə dair iddialar birbaşa Ermənistanın maraqlarına xidmət edir. AŞPA-da üzv dövlətlər arasında ayrı-seçkiliyə yol verilməməlidir və əgər Azərbaycan həyati vacib problemini AŞPA-da həll edə bilmirsə, bu hal xalqımızda Avropa Şurasına inamsızlıq yaradır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info