Azərbaycan və Rusiya hesablama palataları arasında əlaqələr dinamik inkişaf edir
Tarix: 17.06.2016 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Azərbaycan və Rusiya hesablama palataları arasında uzun illərdir əlaqələr mövcuddur və hazırda bu əlaqələr daha da dinamik inkişaf edir. Bu fikirlər Sankt-Peterburqda keçirilən XX Beynəlxalq iqtisadi forumda səsləndirilib.Üç gün davam edəcək forumda Azərbaycan da təmsil olunur.Forumda dünyanın yüzdən çox ölkəsindən dövlət adamları, şirkət nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri iştirak edir. Forumun açılışında bu barədə məlumat verən Rusiya Baş nazirinin birinci müavini Sergey Prixodko Forumun dünyanın ən məşhur iqtisadi meydançasına çevrildiyini diqqətə çatdırıb. Forumun birinci günü 37 sessiyada dünya və Rusiya iqtisadiyyatının problemləri müzakirə olunub, iqtisadi ekspertlərin fikirləri dinlənilib."Büdcə xüsusiyyətləri - iqtisadi siyasətin aləti kimi" adlı sessiyada iştirak edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov mövzunun əhəmiyyətini vurğulayıb. Bildirib ki, diskussiyalar zamanı balanslaşmış, rassional məqsədlərə, real xərclərə xidmət edən büdcənin tərtibi kimi vacib məsələlər müzakirə edilib.Rusiya Hesablama Palatasının sədri, plenar iclasın spikeri Tatyana Qolikova Azərbaycan və Rusiya hesablama palatalarının qarşılıqlı əməkdaşlığından danışıb. Vurğulanıb ki, iki qurum arasında uzun illərdir əlaqələr mövcuddur və hazırda bu əlaqələr daha da dinamik inkişaf edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Azərbaycanla Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığı müzakirə olunub
18.02.2019
Ölkədəki əlverişli mühit sahibkarlara biznesin istənilən sahəsi ilə məşğul olmağa imkan verir
18.02.2019
Asiya İnkişaf Bankının ekspertləri ilə görüşlər keçirilib
18.02.2019
Gömrükçülər Türkiyə təcrübəsini öyrənirlər
18.02.2019
“Mindən çox iş yeri, gənclər üçün gözəl imkanlar yaradılır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info