“Il Foglio” qəzetində səfir Məmməd Əhmədzadənin müsahibəsi dərc edilib
Tarix: 17.06.2016 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


İtaliyanın nüfuzlu “Il Foglio” qəzetinin çap və elektron variantlarında jurnalist Alberto Brambillanın müəllifi olduğu “İtaliya-Azərbaycan əməkdaşlığı sadəcə neftlə məhdudlaşmır. Səfir danışır” adlı məqalə dərc olunmuşdur. Məqalə italyan jurnalistin Azərbaycanın İtaliyadakı səfir Məmməd Əhmədzadə ilə müsahibəsinin əsasında hazırlanmışdır.
Məqalədə cari il 13 iyun ayında Romada keçirilmiş Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya haqqında məlumat verilir, Azərbaycanın qeyri-neft sektorunun inkişafı istəyinin İtaliya ilə yeni əməkdaşlıq imkanları vəd etdiyi, ölkədə kiçik və orta sahibkarlığın inkişafı üçün italyan texnologiyalarının Azərbaycana transferinin maraq kəsb edə biləcəyi bildirilir.
Azərbaycanın sərmayə qoyula biləcək sahələri arasında xüsusilə də kənd təsərrüfatı sektoruna diqqət çəkilərək Azərbaycanın münbit torpaqlara, əlverişli iqlim şəraitinə və kənd təsərrüfatı ənənələrinə malik olması, habelə əhalinin 40 faizinin bu sahədə çalışdığı qeyd olunur. Loqistika və nəqliyyat sahələrinin də vacibliyi barədə danışılır, tarixi “İpək Yolu”nun bərpası, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və onun ərazisində yaradılmaqda olan azad iqtisadi zona barədə məlumat verilir.
Yazıda iki ölkə arasında enerji sahəsində əməkdaşlığa da toxunulur, Azərbaycanın İtaliyanın ən böyük neft təchizatçısı olması və TAP layihəsinin yekunlaşması ilə mühüm qaz təchizatçısı olacağı, həmçinin Cənub Qaz Dəhlizinin reallaşdırılması işləri çərçivəsində İtaliyanın “Saipem” şirkəti ilə imzalanmış iri müqavilədən də bəhs edilir.
Yazıda iki ölkə arasında əlaqələrin inkişafında həyata keçirilmiş qarşılıqlı yüksək səviyyəli səfərlərin vacibliyi də vurğulanır, bu xüsusda İtaliyanın sabiq baş naziri Enriko Lettanın 2013-cü ildə Azərbaycana, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2014 və 2015-ci illərdə İtaliyaya səfərləri və 2014-cüi ildəki səfər vaxtı iki ölkə arasında strateji tərəfdaşlığa dair bəyannamənin qəbul edilməsi də qeyd olunur, İtaliya tərəfindən Azərbaycana yüksək səviyyəli səfərlərin sayının artırılacağının iki ölkə arasında mövcud olan sıx əlaqələrin daha da inkişafına, xüsusilə də iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyi bildirilir.

Yazı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info