Tibb işçiləri mükafatlandırılıblar
Tarix: 17.06.2016 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


Göyçay rayonunun səhiyyə işçiləri peşə bayramlarını qeyd ediblər. Tibb işçiləri əvvəlcə ulu öndər Heydər Əliyevin Göyçay şəhərindəki abidəsi önünə əklil və gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Heydər Əliyev Mərkəzində keçirilən tədbirin iştirakçıları ulu öndərin həyat və fəaliyyətini əks etdirən foto-şəkillərə baxıblar.Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, rayon mərkəzi xəstəxanasının baş həkimi Famil Zeynalov insanların sağlamlığının keşiyində duran səhiyyə işçilərini bayram münasibətilə təbrik edib, onlara bu şərəfli işdə uğurlar arzulayıblar.Çıxışlarda son illər Azərbaycan səhiyyəsinin yenidən qurulduğu və sürətlə inkişaf etdiyi vurğulanıb, yeni tibb müəssisələrinin, sağlamlıq mərkəzlərinin yaradıldığı, müasir tibbi avadanlığın ölkəyə gətirildiyi, mövcud səhiyyə ocaqlarının əsaslı təmir edilərək əhalinin istifadəsinə verildiyi diqqətə çatdırılıb. Bildirilib ki, tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 17-si Azərbaycanda Tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis edilməsi ulu öndər Heydər Əliyevin səhiyyə işçilərinə, onların fədakar əməyinə, eləcə də əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğısının parlaq təzahürü kimi yaddaşlarda qalıb. Natiqlər Azərbaycanın səhiyyə tarixinin inkişafını ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə əlaqələndirib, onun uğurlu siyasəti nəticəsində hər bir sahədə olduğu kimi, səhiyyə sistemində də müsbət dəyişikliklərin baş verdiyini qeyd ediblər.Tədbirdə çıxış edən tibb işçiləri milli səhiyyəmizin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.Sonra səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən 17 nəfər həkim və orta tibb işçisinə fəxri fərman, qiymətli hədiyyə və pul mükafatı verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info