Astaranın tibb işçiləri peşə bayramlarını qeyd ediblər
Tarix: 17.06.2016 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


İyunun 17-də Astara Mərkəzi Rayon Xəstəxanasında tibb işçilərinin peşə bayramı bayram sevinci ilə qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Toplantıda çıxış edən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əlövsət Əliyev ümummilli lider Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı xidmətlərindən söhbət açaraq hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Rayonun 100 min əhalisinə 1000-dən çox tibb işçisinin xidmət göstərdiyini vurğulayan Ə.Əliyev səhiyyə müəssisələrində əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər cür şəraitin olduğunu bildirib.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev peşə bayramı münasibətilə rayonun səhiyyə işçilərini təbrik edərək onlara ən xoş arzularını çatdırıb.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq ölkəmizin bütün bölgələrində Müalicə Diaqnostika Mərkəzlərinin inşa olunduğunu, xəstəxanaların əsaslı təmir olduğunu qeyd edən Q.Ağayev bütün bunların nəticəsi olaraq xəstələrin xarici ölkələrə deyil, rayonlarda fəaliyyət göstərən xəstəxanalarda müalicə olunmağa üstünlük verdiyini bildirib.
Əhali arasında tibbi maarifləndirmənin böyük əhəmiyyət kəsb etdiyini bildirən Q.Ağayev Prezident İlham Əliyevin tapşırığına əsasən hər il ölkə əhalisinin tibbi müayinələrə cəlb olunmasını dövlətimizin başçısının insanların sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib.
Bayram tədbirində çıxış edənlər 2012-ci il martın 13-də və 2013-cü il sentyabrın 4-də Astara rayonuna tarixi səfərləri çərçivəsində əsaslı şəkildə yenidən qurulmuş Mərkəzi Rayon Xəstəxanasının açılışında iştirak etdiyinə, rayonda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildiriblər.
Mərasimdə bir qrup tibb işçisinə rayon icra hakimiyyətinin fəxri-fərmanları verilib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info