“Il Foglio” qəzeti: “İtaliya-Azərbaycan əməkdaşlığı sadəcə neftlə məhdudlaşmır”
Tarix: 17.06.2016 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


İtaliyanın “Il Foglio” qəzetində jurnalist Alberto Brambillanın müəllifi olduğu “İtaliya-Azərbaycan əməkdaşlığı sadəcə neftlə məhdudlaşmır. Səfir danışır” adlı məqalə dərc olunub.Azərbaycanın İtaliyadakı səfirliyindən bildiriblər ki, məqalə italyan jurnalistin Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ilə müsahibəsi əsasında hazırlanıb.Məqalədə iyunun 13-də Romada keçirilmiş Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası haqqında məlumat verilir. Azərbaycanın qeyri-neft sektorunun inkişafı istəyinin İtaliya ilə yeni əməkdaşlıq imkanları vəd etdiyi, ölkədə kiçik və orta sahibkarlığın inkişafı üçün italyan texnologiyalarının Azərbaycana transferinin maraq kəsb edə biləcəyi qeyd edilir.Azərbaycanda sərmayə qoyula biləcək sahələr arasında xüsusilə kənd təsərrüfatı sektoruna diqqət çəkilərək ölkəmizin münbit torpaqlara, əlverişli iqlim şəraitinə və kənd təsərrüfatı ənənələrinə malik olması, habelə əhalinin 40 faizinin bu sahədə çalışdığı qeyd olunur. Logistika və nəqliyyat sahələrinin də vacibliyi barədə danışılır, tarixi İpək Yolunun bərpası, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və onun ərazisində yaradılmaqda olan azad iqtisadi zona haqqında məlumat verilir.Yazıda iki ölkə arasında enerji sahəsində əməkdaşlığa da toxunulur, Azərbaycanın İtaliyanın ən böyük neft təchizatçısı olması və TAP layihəsinin yekunlaşması ilə mühüm qaz təchizatçısı olacağı, həmçinin “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması işləri çərçivəsində İtaliyanın “Saipem” şirkəti ilə imzalanmış iri müqavilədən bəhs edilir.İki ölkə arasında əlaqələrin inkişafında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyi də vurğulanır. Bu xüsusda İtaliyanın sabiq Baş naziri Enriko Lettanın 2013-cü ildə Azərbaycana, Prezident İlham Əliyevin 2014-cü və 2015-ci illərdə İtaliyaya səfərləri və 2014-cüi ildəki səfər vaxtı iki ölkə arasında strateji tərəfdaşlığa Dair Bəyannamənin qəbul edilməsi də qeyd olunur. İtaliya tərəfindən Azərbaycana yüksək səviyyəli səfərlərin sayının artırılacağının iki ölkə arasında mövcud olan sıx əlaqələrin daha da inkişafına, xüsusilə də iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyi bildirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info