“Bakı trası onların hamısından fərqlənir”
Tarix: 17.06.2016 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Bakıda trasın xüsusiyyətlərindən biri də onun çox uzun düz olmasıdır. İspan yürüşçüsü, 2005-2006-cı illərdə “Formula-1”in ikiqat dünya çempionu və üçqat vitse-çempion (2010, 2012, 2013), 2014-cü ilin dekabrından “Maklaren” komandasının yürüşçüsü Fernando Alonso hesab edir ki, ona görə və güc qurğusunun çatışmazlığı səbəbindən bu həftəsonu “McLaren”də problemlər yaranacaq...
- Fernando, “Baku City Circuit”i çempionatın təqvimində digər tras ilə müqayisə etmək olarmı?
- Düşünmürəm. Hər şəhər trası unikaldır. Monako onunla unikaldır ki, bu Monakodur. Sinqapur onunla unikaldır ki, biz gecə süni işıqlandırma şəraitində yarışırıq. Valensiya müxtəlif tipli döngələrinə görə unikaldır, lakin Bakı trası onların hamısından fərqlənir. Onu digər şəhər trası ilə müqayisə etmək mümkün deyil. Baxaq görək. Düşünürəm ki, bizi çox maraqlı həftəsonu gözləyir.
-Tras sizin maşına uyğun gəlirmi?
- Nəzəri baxımdan vəziyyət bizim üçün o qədər də yaxşı deyil. Biz uzun düz yolda vaxt itirəcəyik. Baxaq görək, bu itkiləri döngələrdə kompensasiya edə bilərikmi. Biz təxminən Kanadadakı kimi, oxşar mövqelərdə olacağıq. Monrealda biz fikirləşdik ki, rəqabətə o qədər də davam gətirə bilməyəcəyik, lakin sonda kvalifikasiya finalına düşdük. Baxaq görək, Bakıda da bizi bu cür xoş sürpriz gözləyirmi, lakin biz çətin həftəsonuna da hazırıq.
Mənim üçün konkret rəqəmlər demək çətindir, lakin düz xətdə çox vaxt itirəcəyik və mən buna hazıram. Bizdə qüvvə və maksimal sürət çatışmır. Ola bilsin ki, itkilərin əvəzini çıxmaq üçün sıxma gücünün ən aşağı səviyyəsini seçərik. Bu variant dairədə zaman baxımından yaxşı olmaya bilər, lakin yürüşdə mübarizə aparmağa kömək edər.
- Kanada və Bakıda mərhələlər qoşalaşdırılıb. Siz dincələ və gücünüzü bərpa edə bildiniz?
- İyirmi ildə dincəlmək üçün mənə çox az vaxt lazım olub! (Gülür). Qoşalaşmış mərhələlər hamımız – həm yürüşçülər, həm də komanda üçün həmişə əlavə çətinlik yaradır. Vəziyyəti qəbul etməkdən və cümə günü səhər sükan arxasına əyləşməyə hazır olmaqdan başqa bir yol qalmır.
- Sizin Karlos Saynsla yaxşı münasibətləriniz var. Şayiə dolaşır ki, onunla “Ferrari”də maraqlanırlar. Siz ona Skuderiyaya keçməyə kömək edə bilərsiniz?
- Mən hər kəsə bacardığım köməyi etməyə hazıram. Oxumuşam ki, onun üçün belə imkan mövcuddur, lakin sözün doğrusu, bu cür şayiələr məndə böyük şübhə doğurur – adətən “Ferrari”yə təcrübəli yürüşçüləri dəvət edirlər.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Hidayət Heydərov yarımfinala yüksəlib
22.09.2018
Rüstəm Orucov 1/32 finalda rəqibinə ipponla qalib gəlib
22.09.2018
Yaponiyalı bacı-qardaşın qələbə sevinci
21.09.2018
Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info