“Formula-1” Avropa Qran-prisinə 42 ölkədən azarkeşlər bilet alıb
Tarix: 18.06.2016 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Bakı yenidən dünyanın diqqət mərkəzinə çevrilib. Formula-1 Avropa Qran-prisinin təşkili Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasından xəbər verir. Artıq sürət, adrenalin və “Formula-1” fanatları ölkəmizdədirlər. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bu mötəbər yarışa bilet satışı ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.
- “Formula-1” Avropa Qran-prisinə bilet satışı necə gedir?
- Bilet satışında yüksək fəallıq müşahidə olunur. Beş tribunaya bilet satışı artıq başa çatıb. “Abşeron”, “Xəzər”, “Bulvar” və digər tribunalara biletlər artıq yekunlaşıb. Bir neçə gündür həftəsonuna bilet satışlarında artım müşahidə olunur. Bilet satışı məntəqələrində azarkeşlərin fəallığı daha yaxşı hiss edilir. Bütün bu göstəricilər bizi sevindirir. Ümid edirəm ki, yarış zamanı tribunalar dolu olacaq.
- Yarışın ilk günündə tamaşaçı azlığı nə ilə əlaqədardır?
- “Formula-1” yarışlarının ilk günündə maraq bir qədər az olur. Bu da iş günü ilə əlaqədardır. İkinci gün tamaşaçı sayında artım müşahidə olunur. Yarışın son günündə isə tribunalar tamamilə dolu olur. “Formula-1” yarışlarında tamaşaçı sayı üç günün ümumi göstəricisinə görə hesablanır.
-Avropa Qran-prisinə hansı ölkələrdən bilet alıblar?
- Bilet alışında yerli azarkeşlər daha çox üstünlük təşkil edir. Bu göstərici yerli azarkeşlər üzrə 70 faiz, əcnəbilər üçün isə 30 faiz təşkil edir. “Formula-1” Avropa Qran-pri yarışlarına dünyanın 42 ölkəsindən bilet alınıb. Təbii ki, bu, yaxşı göstəricidir. Azərbaycandan başqa, Rusiya, İngiltərə, Hollandiya və digər ölkələrdən olan azarkeşlər bilet alıblar. Rusiya qonşu ölkə olsa da, idmanın bu növü İngiltərədə daha çox sevilir. Son günlər daha çox yerli azarkeşlərin bilet almasını gözləyirik. Çünki əcnəbilər biletlərini əldə ediblər və artıq Azərbaycandadırlar.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
“Gələcəkdə yəhudilik və xristianlıqla bağlı kadrların yetişdirilməsi də nəzərdə tutulur”
17.09.2019
Samir Mustafayev: “İdmanla daha çox məşğul olduqca, ürəkdə olan kiçik kapilyarlar daha yaxşı inkişaf edir”
17.09.2019
Əhalisi 1 milyon olan şəhərdə ən azı 2 insult mərkəzi qurulmalıdır
16.09.2019
Azərbaycan aşiqi Mariya Suvorovskaya “Üzümlüyün yanındakı ev“ adlı yeni kitabını təqdim edəcək
13.09.2019
Prezident təqaüdçüsü Rəşad Azadlı: “Hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info