Azarkeşlər üçün “Formula-1” şəhərciyi
Tarix: 18.06.2016 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


“Azneft” dairəsindən Dəniz Vağzalına kimi qurulan bütün əyləncə zonaları - həmçinin F1 şəhərciyi bütün bilet sahiblərinin üzünə qapılarını açıb. Tamaşaçılar onlar üçün qurulmuş möhtəşəm əyləncə məkanlarından istifadə edə bilərlər. Azarkeşlərin ən sevimli yeri Oyun Zonası ərazisi F1 şəhərciyində qurulub. Sürət sevən fanatlar simulyatorlarda test edərək özlərini əsl F1 sürücüsü kimi hiss edə biləcəklər. İzləyiciləri hava turbini və dırmanma divarı kimi həyəcanlı attraksionlar gözləyir.
Əyləncə məkanlarında müxtəlif səyyar məzhəkəçi aktyorların iştirakı tamaşaçıların əyləncəsinə xüsusi rəng qatacaq. Səyyar proqrama “Güzgü Adam”, aktyor Spandy Andy, ağacayaq, küçə rəssamları, titan robot və ənənəvi Azərbaycan rəqqaslarının rəqsləri daxildir. Müxtəlif maili enişlərdən və relslərdən ibarət yarımdairəvi skeyt parkda skeytbordçular və birçarxlı konki sürənlər öz məharətlərini nümayiş etdirirlər. Bakı Şəhər Halqası əyləncə proqramında azyaşlı uşaqları olan ailələri də unutmayıb. Uşaqlar üçün əyləncəli və təhlükəsiz mühitdə yol hərəkəti qaydalarını öyrədən sürücülük məktəbi yaradılıb. Bundan əlavə, həftəsonu ərzində uşaqlar müvəqqəti kartinq halqasında dövrələri daha tez zamanda başa vurmaq üçün yarışacaqlar. Artıq seçilmiş pilotların ilk mətbuat konfransı da keçirilib. Bakıda ilk dəfə keçiriləcək “Formula-1” yarışının rəsmi elçisi, “MakLaren” komandasının pilotu və ikiqat dünya çempionu Fernando Alonso Bakıda olmaqdan məmnunluğunu ifadə edib: “Burada olan azarkeşlər “Formula-1” haqqında çox məlumatlıdırlar və yarışı səbirsizliklə gözləyirlər. Bu trekdə unikal məqam böyük uzunluğa malik sürətlənmə xəttidir ki, burada sürət çox yüksək həddə olacaq və şəhər treklərində belə sürət nadir hallarda müşahidə olunur”. “Ferrari” komandasının pilotu Sebastian Fettel də Azərbaycanda iştirak edəcəyi ilk yarış öncəsində müsbət əhvali-ruhiyyədədir: “Hesab edirəm ki, trek həyəcanverici görünür”. “Uilliams” komandasının pilotu Valteri Bottas da Bakı treki haqqında oxşar təəssüratlara malik olduğunu bildirib və qeyd edib ki, ötən həftə Kanadada keçirilmiş yarışı 3-cü yerdə bitirdikdən sonra “Formula-1” təqvimindəki ən yeni şəhər trekini sınaqdan çıxarmağı gözləyir: “Monreal, həqiqətən də bolidimiz üçün yaxşı treklərdən biridir, bu trek tamamilə bizim avtomobilin gücünə uyğundur. Ancaq qarşıda da bir sıra yaxşı yarışlar mövcuddur. İnanmıram ki, Bakı Şəhər Halqası bizim üçün çox çətin olsun. Tam əminəm ki, biz yenə də yaxşı həftəsonu yaşayacağıq”. “Sahara Force India” komandasının pilotu Niko Hulkenberq hesab edir ki, bu yeni trek bütün sürücülərdən daha yüksək səviyyədə mübarizə tələb edir. Avropa Qran-prisinin ilk günündə F1 Şəhərciyinin səhnəsində pərəstişkarlar öz qəhrəmanları ilə avtoqraf sessiyalarında görüşüblər. “Mercedes”, “Red Bull”, “Toro Rosso” və “Ferrari” pilotları ilə görüş fanatlar üçün əsl hədiyyə olub.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info