Formula 1 zamanı 100-dən çox insana təcili tibbi yardım göstərilib
Tarix: 20.06.2016 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən Formula 1 yarışları çərçivəsində 100-dən çox insana təcili tibbi yardım göstərilib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev açıqlamasında deyib ki, onların arasında tamaşaçılar, idmançılar, marşallar, könüllülər var.  Onun sözlərinə görə, yarış zamanı xüsusi hadisə baş verməyib, zərərçəkən olmayıb və onların hamısı ümumi müraciətlərdir: “Təcili yardım göstərildikdən sonra bəzi insanlar xəstəxanaya yerləşdirilib. Onların sayı barədə dəqiq məlumat yoxdur. Hələ qonaqlar, idmançılar Bakıdadır. Ona görə də yekun rəqəmlər bir müddət sonra məlum olacaq". 
Qeyd edək ki, “Formula-1” yarışı ilə əlaqədar Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası iyunun 1-dən gücləndirilmiş iş rejiminə keçib və bütün həkim briqadaları tam hazır vəziyyətə gətirilib. 
Yarış zamanı tibbi yardım göstərilməsi üçün 27 həkim briqadası ayrılıb. Onlardan 12-si idmançılar, 6-sı isə tamaşaçılar və gələn qonaqlara xidmət göstərib. 9 həkim briqadası isə ambulator fəaliyyət göstərib. Həkimlər yarışın keçiriləcəyi yerlərdə yaradılan 9 tibb məntəqəsində qonaqlara tibbi yardım edib. Bundan əlavə, ərazidə idmançılar üçün nəzərdə tutulan ümumi bir məntəqə yaradılıb. Orada yüksək ixtisaslı cərrahlar, travmatoloq, nevropatoloqlar fəaliyyət göstərib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info