“Azərbaycan şirkəti keçirəcəyimiz IPO-ya maraq göstərir“
Tarix: 20.06.2016 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


"Russneft" Moskva birjasında keçirəcəyi IPO-ya (ilkin kütləvi yerləşdirmə) səhmlərinin 10%-ni çıxaracaq. Bu barədə şirkətin sahibi, milyarder Mixail Qutseriyev deyib. 
O sözügedən səhm paketini 400-500 mln. dollar məbləğində dəyərləndirib. "Əgər bazar bunu təsdiq edərsə, Qutseriyevlər ailəsi "Russneft"in bazasında aktivlərinin konsolidasiyasına başlayacaq", - deyə milyarder qeyd edib. 
Qutseriyevlər "Russneft"lə yanaşı, "Neftisa", "Forte Invest" və "Global Energy" şirkətlərinə sahibdir. 
"Əvvəl biz bütün aktivlərimizi konsolidə etmək və məhz bundan sonra IPO keçirmək istədik. Lakin daha sonra biz bazarın dadına baxmaq istədik və düşünürəm ki, bu, daha düzgün qərardır. "Russneft" ehtiyatları hazırda 540 milyon ton təşkil edir. Bu il hasilatımız 8 milyon ton səviyyəsində olacaq. Şirkət bu ehtiyatların və hasilatın dəyərini anlamaq istədi. Bizim ümumi ehtiyatlarımız 850 milyon ton, hasilatımız isə 17 milyon ton təşkil edir", - deyə M. Qutseriyev bildirib. 
Onun sözlərinə görə, hazırda şirkətin ümumi dəyəri 10 mlrd. dollardır: "Şirkət hətta neftin hazırkı qiymətləri ilə effektiv olacaq. Mənim proqnozuma görə, yaxın perspektivdə neftin 1 barelinin dəyəri 50-60 dollar olacaq. IPO öncəsi "Russneft"in menecmenti şirkətə əl gəzdirib. Xüsusilə, onu qeyd etmək istərdim ki, şirkətin borcu 1,3 milyard dollaradək azalıb". 
M. Qutseriyev bildirib ki, IPO-ya Qərb bankları və Qazaxıstan, Azərbaycan, Belorusdan olan şirkətlər maraq göstərir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info