“Azərbaycan əhalinin 1,2 faizlik illik artımına görə Avropada ilk yeri tutur”
Tarix: 20.06.2016 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Səlim Müslümov: “Gözlənilən ömür uzunluğu göstəricisi ildən-ilə artaraq 2015-ci ildə 74,2 yaşa çatıb”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Nobel Sülh Mükafatı Laureatı professor Məhəmməd Yunusla görüş olub. M.Yunusu səmimi salamlayan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov onun dünya miqyasında sülhün və davamlı tərəqqinin təbliği, mikromaliyyənin və sosial biznesin inkişafı sahəsində xidmətlərinin ölkəmizdə də daim yüksək dəyərləndirildiyini vurğulayıb.
S.Müslümov hər bir ölkədə iqtisadi inkişafın səmərəliliyinin cəmiyyətin sosial rifah səviyyəsinə, cəmiyyət üzvlərinin sosial ehtiyaclarının ödənilməsinə təsiri baxımından müəyyən edildiyini bildirib: “Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətləri də ilk növbədə ölkədə sosial rifah halının yaxşılaşmasına xidmət edir. Əldə olunan iqtisadi dividentlər ilk növbədə insan inkişafına, cəmiyyətin sosial rifah halının yaxşılaşmasına yönəldilir”.
Nazir vurğulayıb ki, dövlətin iqtisadi siyasəti milli iqtisadiyyatın dinamik inkişafı şəraitində daha çox əmək tutumlu sahələrin genişləndirilməsi və yeni iş yerlərinin açılmasına, əmək resurslarından səmərəli istifadənin təmin olunmasına, layiqli əməyin təminatı yolu ilə insanların sosial problemlərinin sürətli həllinə yönəlib: “Bunun nəticəsidir ki, son 12 ildə 3,4 dəfə iqtisadi artımın əldə edildiyi respublikamızda 1,5 milyondan çox iş yeri açılmaqla, əmək bazarında sabitliyə, işsizliyin 5 faizə enməsinə nail olunub. İqtisadi inkişaf və yoxsulluğun azaldılmasına yönələn səmərəli dövlət proqramları nəticəsində sosial rifah göstəricilərinin mütəmadi artması yoxsulluğun qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizə qədər azalması ilə nəticələnib”.
Dövlət başçısının sosial inkişaf kursunun demoqrafik sahədə də müsbət meyillərə şərait yaratdığını vurğulayan S.Müslümov əhalinin 1,2 faizlik illik artım göstəricisinə görə Avropa məkanında ilk yeri tutan ölkəmizdə doğulanların sayının ölənlərin sayını 3 dəfədən çox üstələdiyini, gözlənilən ömür uzunluğu göstəricisinin isə ildən-ilə artaraq 2015-ci ildə 74,2 yaşa çatdığını qeyd edib.
S.Müslümov bildirib ki, son illərdə dünya iqtisadiyyatında baş verən proseslər biznesin sosial məsuliyyəti, xüsusən özəl sektorun fəaliyyətində iqtisadi mənfəətlə yanaşı, ictimai rifah, ümumi inkişafa dəstək amilinin də ön plana çəkilməsi məsələsini aktuallaşdırıb. Müsbət haldır ki, Azərbaycanda biznesin idarə olunması prosesində sosial məsuliyyət amili getdikcə qabarıq şəkildə özünü göstərir. Bu, özəl sektorun əmək ehtiyatlarından istifadə ilə bağlı son vaxtlarda sosial məsuliyyət layihəsi çərçivəsində həyata keçirdikləri tədbirlərdə də təsdiqini tapdı. Hazırda ölkədə sosial tərəfdaşlıq müstəvisində fəaliyyətin əsas prioritetlərindən biri də dövlətin dəstəyi ilə daim inkişaf etdirilən sahibkarlığın iqtisadi hədəflərlə yanaşı, sosial məqsədlərin uğurla gerçəkləşdirilməsində də fəal iştirakını stimullaşdırmaqdır.
Görüşdə nazir aktiv əmək bazarı proqramlarının genişləndirilməsi, dövlətin maliyyə dəstəyi ilə işsiz vətəndaşların özünüməşğulluğunun təşkili yönündə aparılan işləri diqqətə çatdırıb. S.Müslümov bu işlərin aztəminatlı ailələrin kiçik ailə təsərrüfatlarını, biznes sahələrini formalaşdırmalarına imkan yaradacağını bildirib.
M.Yunus Azərbaycanda sosial-iqtisadi inkişaf proseslərində sosial amilin daim diqqətdə saxlanılmasının, biznes mühitində sosial məsuliyyətin güclənməsi yönündə müsbət meyllərin təqdirəlayiq olduğunu vurğulayıb. O, sosial biznesi ümumi inkişaf üçün əsas şərtlərdən biri kimi xarakterizə edib, bu istiqamətdə respublikamızda aparılan işlərə həmişə dəstək verməyə hazır olduğunu bildirib.
Daha sonra M.Yunusun “Sosial Biznes-İnkişaf üçün əsas yol” mövzusunda fikirləri dinlənilib, mövzu ilə bağlı qarşılıqlı müzakirələr aparılıb.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info