“Dövlət qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 2,5 milyard dollar xərcləyib”
Tarix: 20.06.2016 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Bakıda 20 İyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə Azərbaycanda olan qaçqın, məcburi köçkün və sığınacaq axtaran şəxslərə son 20 ildə Azərbaycan dövlətinin, donor ölkə və beynəlxalq humanitar təşkilatların qayğısına həsr olunmuş film nümayiş etdirilib. 
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, Heydər Əliyev və Prezident İlham Əliyev son 24 ildə qaçqın və məcburi köçkün probleminin öhdəsindən gəlib: “Azərbaycan dövləti tərəfindən qaçqın və məcburi köçkünlərin probleminin həlli üçün 2,5 milyard dollar sərf edilib. Beynəlxalq təşkilatlar, xarici dövlətlər isə bu məqsədlə Azərbaycana 1,4 milyard dollar vəsait ayırıb”.
Ə. Həsənov bir həftə sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdsonun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycanı tərk edəcəyini söyləyib: “BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsinə fəaliyyətində uğurlar arzulayıram. Son illər qaçqın və məcburi köçkünlərin sayı iki dəfə artıb. Ona görə də bu problemi yaradanlara qarşı səylərimizi birləşdirməliyik”. 
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi D. Siqurdson isə deyib ki, problemlərin həlli həmrəylik, ksenofobiyaya qarşı mübarizə və problemin həllinə töhfə verməklə mümkündür: “KİV-lər siyasi qalmaqalları, insan faciələrini işıqlandırır, ancaq qaçqınların problemi sahəsində könüllü fəaliyyəti yetərincə işıqlandırmır”.
D. Siqurdson digər ölkələrin Azərbaycanın təcrübəsindən yararlana biləcəyini qeyd edib: “Azərbaycan təkbaşına bu problemlərin öhdəsindən gəlir. Yeri gəlmişkən, çeçenlər, əfqanlar Azərbaycana gələn əsas qaçqın qruplarıdır. Onlar 20 ildir ki, Azərbaycanda yaşayırlar və artıq cəmiyyətə inteqrasiya olunublar. Biz hər bir qaçqın uşağının təhsilə çıxışının, hər bir qaçqın ailəsinin qazancının olmasına çalışırıq. Mən Azərbaycanda xalqınızın gözəl adət-ənənələrini öyrəndim”.


Nigar




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür
17.08.2019
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info