Azərbaycan-Türkmənistan əlaqələrində yeni səhifə
Tarix: 20.06.2016 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


Türkmənistan Elmlər Akademiyasında keçirilmiş Elm Günündə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli təmsil edib. Elm günündə əvvəlcə Azərbaycandan başqa dünyanın 14 ölkəsindən – Amerika, Rusiya, Yaponiya, İspaniya, Hindistan, Pakistan, İran, Çexiya, Qazaxıstan, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstandan gəlmiş akademik qurumları və universitetləri təmsil edən tanınmış elm adamları Türkmənistan Elmlər Akademiyasının Texnopark şəhərciyində yaradılmış elm-istehsalat birliklərinin işi və ölkə elminin ən son nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.
Sonra Akademiyanın Texnopark şəhərciyindəki Akt zalında «Elm, texnika və innovasiya texnologiyaları xoşbəxtlik və inkişaf dövründə» mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Türkmənistan Elmlər Akademiyasının prezidenti, müxbir üzv Meret Aşırbayevin sədrlik etdiyi plenar iclasda 8 ölkəni təmsil edən alimlərin və elm təşkilatçılarının elmi məruzələri dinlənilib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli plenar iclasda «Azərbaycan-Türkmənistan ədəbi əlaqələri» mövzusunda elmi məruzə ilə çıxış edib.
Bundan başqa, Türkmənistan Elmlər Akademiyası Əlyazmaları İnstitutunun akt zalında Akademiyanın Humanitar Elmlər Bölməsinə aid elmi-tədqiqat institutlarının rəhbərləri və əməkdaşları ilə görüş keçirilib. Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tərəfindən Nizami adına Ədəbiyyat İnstitutunun çap etdiyi türkmən ədəbiyyatının böyük klassiki Məhdimqulu Fəraqinin «Divan»ının təqdimatı olub. Məhdimqulu Fəraqinin 1914-cü ildə Buxara şəhərində daş basması üsulu ilə nəşr olunmuş «Divan»ının nadir nüsxələrini Azərbaycan alimləri Bakıda Əlyazmalar İnstitutunun fondundan tapıb aşkara çıxarmışlar. «Divan»da indiyədək Məhdimqulu Fəraqinin külliyyatına daxil edilməmiş naməlum şeirlər və parçalar vardır. «Divan»ın Bakı nəşrini Nizami adına Ədəbiyyat İnstitutunun alimləri ilə Türkmənistan Elmlər Akademiyası Əlyazmalar İnstitutunun əməkdaşları birgə elmi əməkdaşlıq layihəsi kimi çapa hazırlamışlar. «Divan»ın Bakı nəşrinə akademik İsa Həbibbəyli «Məhdimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı» adlı ön söz yazmışdır. Bundan başqa, filologiya elmləri doktoru Paşa Kərimov və filologiya elmləri namizədi İsmixan Osmanlının da Məhdimqulu Fəraqinin yaradıcılığına, əsərlərinin nüsxə fərqlərinə aid məqalələri Bakı nəşrində yer almışdır. Bakı nəşrində «Divan»ın türkməncə nüsxəsinin faksimilesi və mətni, habelə Azərbaycan dilinə çevrilmiş tam mətn və izahlar oxuculara çatdırılmışdır.
Bu, Məhdimqulu Fəraqinin əsərlərinin ilk akademik nəşridir.
Təqdimetmə mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli türkmən şairi Məhdimqulu Fəraqinin «Divan»ının Bakı nəşrinin ədəbi-tarixi əhəmiyyətindən danışaraq bu müştərək nəşri çoxəsrlik ənənələrə malik olan Azərbaycan-Türkmənistan əlaqələrinin müstəqillik dövrü mərhələsinin əlamətdar hadisəsi adlandırıb. Tədbirdə çıxış edən Türkmənistan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktoru, müxbir üzv Annaqurban Aşırov, Dil və Ədəbiyyat İnstitutunun direktoru, professor Qızılgül Kiyasova və başqaları Məhdimqulu Fəraqinin nadir «Divan»ının Bakı nəşrinin əhəmiyyətindən bəhs edərək qarşılıqlı əlaqələrin perspektivlərindən söz açıblar.
Görkəmli türkmən şairi Məhdimqulu Fəraqinin Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilmiş nadir «Divan»ı Türkmənistan Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanasına təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info