Nobel mükafatçısı: “Azərbaycan yoxsulluğun sıfır səviyyəsinə endirilməsi hədəfinə çox yaxındır”
Tarix: 20.06.2016 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşəbbüsü, ADA və İqtisad Universitetinin birgə təşkilatçılığı ilə Bakıya səfər etmiş Nobel mükafatı laureatı Məhəmməd Yunusun “Kasıbların bankiri” kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib. Təqdimatı giriş sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu bildirib ki, “Kasıbların bankiri” kitabının Azərbaycan dilinə tərcümə edilməsi əlamətdar hadisədir: “Bu kitabı oxuyan hər kəs həyatında dəyişikliyə ehtiyac hiss edəcək”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli qeyd edib ki, artıq bir neçə ildir Azərbaycanda Nobel mükafatçıları ilə görüşün səmərəli ənənəsi mövcuddur. Onun sözlərinə görə, Nobel mükafatçıları ilə görüşlər dünyanın ən mühüm nailiyyətlərinin Azərbaycana gətirilməsi və ölkənin irəli aparılması kimi ali məqsədə xidmət edir: “Məhəmməd Yunusla görüş və onun kitabının təqdimatı mövcud ənənənin davamıdır. “Kasıbların bankiri” kitabı yoxsulluqdan xilas olmaqda, cəmiyyətin çətinlikdən işıqlığa doğru inkişafında insan amilinin maliyyə faktorundan üstün olması fikrini formalaşdırır. Bu kitab insan iradəsinin manifestidir. Dərin insanlıq sevgisi, özünəinam, maarifçilik, böyük ümidlər “Kasıbların bankiri” kitabından çıxarılan əsas nəticələrdir”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, M. Yunusu unikal edən, ona Nobel qazandıran ən böyük üstünlüyü dəyişikliyə inamı olub: “Siz bankların kasıb insanlarla işləyə biləcəyinə, Banqladeş cəmiyyətinin aşağıdan dəyişəcəyinə inanmısınız. Azərbaycanı da bugünkü inkişaf səviyyəsinə gətirən həmin inamdır. 90-cı illərdə çoxsaylı sınaqlardan keçən Azərbaycan bu gün dünya səviyyəli tədbirlərə ev sahibliyi edir. Kasıblıq və işsizlik dəfələrlə aşağı salınaraq 5%-dən aşağı səviyyəyə endirilib”.
Kitabının Azərbaycan dilinə tərcüməsindən məmnun olan M. Yunus Azərbaycan xalqının və ictimaiyyətinin yoxsulluğun azaldılması istiqamətindəki addımlarını yüksək qiymətləndirib: “Hər birimiz yoxsulluğun sıfır səviyyəsinədək endirilməsini arzu edirik. Azərbaycan bu hədəfə çox yaxındır”.
Sonda M. Yunusa BAMF-ın ali mükafatı təqdim edilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info