«Novosti- Armeniya»: “Ermənistanda depressiyaya düşənlərin sayı artıb”
Tarix: 20.06.2016 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Nəticədə daha 13 min erməni ölkəni tərk edib

“Bu il Ermənistan əhalisi, ötən illə müqayisədə, daha 12 900 nəfər azalıb”. Bu açıqlama Ermənistanın Milli Statistika Xidməti tərəfindən bildirilib.
Erməni demoqraf Ruben Yeqanyan «1-ci informasiya» saytına açıqlamasında ölkədə baş verən emiqrasiyanın nəinki azaldığını, əksinə son illər böyük vüsət aldığını bildirib. O. Ermənistanda emiqrasiyanın başlıca səbəbinin ölkədə siyasi, iqtisadi və psixoloji amillərdə heç bir dəyişikliyin baş verməməsi ilə əlaqələndirir.
Erməni demoqrafına görə, iş yerlərinin olmaması, aşağı əməkhaqqı, ağır sosial şərait Ermənistanda hələ də həllini tapmayıb. Belə görünür ki, ölkədə yaşananların tezliklə həllini tapacağına hələ də, ümid azdır. Bütün bunlar başlıca səbəb kimi, əhalinin ölkədən getməsinə stimul yaradır. Ruben Yeqanyan bu gün Ermənistanda «emiqrasiyanın qarşısını almaq üçün siyasi qərarların qəbul edilməsinin» vacibliyini iddia edir.
Qeyd edək ki, hazırda Ermənistanda yaşananlar əhali arasında geniş midarda depressiyanın yayılmasına səbəb olmaqdadır. Erməni ekspertlər də son zamanlara ölkə sakindləri arasında bu halın vüsət almasından narahatlıq ifadə etməyə başlayıblar.

Erməni demoqraf Ruben Yeqanyan «1-ci informasiya» saytına açıqlamasında ölkədə baş verən emiqrasiyanın nəinki azaldığını, əksinə son illər böyük vüsət aldığını bildirib.

«Novosti- Armeniya» saytına açıqlama verən İrəvan Dövlət Tibb Universitetinin Psixiatriya kafedrasının müdiri Armen Melik-Paşayana görə, hazırda ölkədə depressiyadan əziyyət çəkənlərin sayı faktiki təqdim edilən rəqəmlərlə eyniyyət təşkil etmir. «Bu problem, təbii ki, Ermənistanda mövcuddur, lakin ən böyük bəla bundadır ki, bu xəstəlikdən əziyyət çəkənlərin əksəriyyəti hələ də psixiatrlara müraciət etməyiblər. Bu, daha çox erməni mentaliteti ilə bağlıdır. Onların əksəriyyəti bu barədə danışmağı belə, özləri üçün biabırçılıq hesab edir»-deyə,Melik-Paşayan bildirib.
Göründüyü kimi, reallıq göz önündədir. İşğalçılıq siyasətinin acı nəticələrini yaşamağa məhkum olan Ermənistan daha bir ciddi problemlə üz-üzədir. Ölkədə yaşayış səviyyəsinin aşağı olması, əhalinin kütləvi miqrasiyası və ciddi sosial-iqtisadi problemlər Ermənistan cəmiyyətində kütləvi depressiya ilə müşayiət olunur. Qeyd edilməlidir ki, Azərbaycın Ordusunun bu ilin aprelindəki uğurlu əməliyyatı Ermənistanın «məğlubedilməz ordusu» mifini heçə endirəndən sonra, bu ölkədə depressiya, intihar halları geniş vüsət alıb. Elə erməni KİV-lərinə istinad edərək bildirək ki, bu ölkədə son illər spitrli içkiyə meyil edən gənclərin ümumi sayı ölkə üzrə 69 faizi ötüb. Qeyd edək ki, Ermənistanda siyasi hakimiyyəti ələ keçirən keçmiş cəlladlar sadə erməni vətəndaşlarının da yaşamaq hüququna məhdudiyyətlər qoyublar. Ona görə də ölkədən getmək imkanı olmayan sadə erməni çıxış yolu kimi həyatına qəsd etmək yolunu tutur. Bu intiharların da əsas səbəbi ağır iqtisadi-siyasi vəziyyət və depressiyadır. Bunu Ermənistanın rəsmi mənbələri hər vəchlə gizlətməyə çalışsalar da, reallıq bunun təsdiqini göstərir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Yerevanda “Rusiyada necə inqilab etməli?” kursları keçirilib
15.02.2019
«Ermənilər xarici yardım hesabına yaşamağa alışıblar»
15.02.2019
Yerevanda avtobus sürücüləri tətil edirlər
15.02.2019
İslamabadda “İpək yolunun dostları” təşəbbüsünə start verilib
15.02.2019
ABŞ Rusiya ilə Almaniya arasında “Berlin divarı” çəkə biləcəkmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info