Bakıda keçirilən Formula-1 yarışları “Rossiya 24” kanalında
Tarix: 20.06.2016 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


“Rossiya 24” kanalı Bakıda keçirilmiş Formula-1 Avropa Qran-prisinə dair maraqlı reportaj hazırlayıb.Telekanalın müxbiri Pavel Melnikovun reportajında yarışların Bakı mərhələsinin yüksək səviyyədə təşkil edildiyi, şəhər trasının bütün standartlara cavab verdiyi vurğulanıb. Qeyd olunub ki, təşkilatçılar qədim Bakının füsunkar memarlıq nümunələrinin qorunmasına xüsusi diqqətlə yanaşıblar. Qız qalasının və İçərişəhərin divarlarının zədələnməməsi üçün güclü mühafizə işləri görülüb, trek dəmir və beton hasarlarla əhatə olunub.Süjetdə bütün dünyadan Bakıya üz tutan 30 mindən çox turistin azərbaycanlılara xas qonaqpərvərliklə qarşılandığı qeyd edilib. Müxbirin fikirlərini öyrəndiyi avropalı turistlər Azərbaycan mətbəxinin ləziz nümunələrini məmnuniyyətlə daddıqlarını söyləyiblər. Yarışlara tamaşa etmək üçün Bakıya yola düşməzdən əvvəl ölkəmiz haqqında məlumatlar əldə etdiyini, milli mətbəximizlə maraqlandığını bildirən britaniyalı turistin “Düşbərə gözlədiyimdən də dadlı idi” sözləri, fransalı azarkeşin isə belə ləzzətli dolmanı hələ heç yerdə dadmadığını söyləməsi reportajda xüsusilə diqqətə çatdırılıb.Reportajda yerli könüllülərin əməyindən də ətraflı bəhs olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info