Bakcell bütün DogmaCIN abunəçiləri üçün “Facebook”a pulsuz çıxış imkanı yaradır
Tarix: 20.06.2016 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün DogmaCIN tarifinə daha bir dəyər əlavə edir. İndi bu tarifə qoşulan hər bir abunəçi Facebook tətbiqinə pulsuz çıxış imkanı əldə edə biləcək.
“Facebook”a pulsuz çıxış qaydası Facebook tətbiqinin və Facebook Messenger tətbiqinin bütün istifadə növlərinə (o cümlədən, FB Messenger tətbiqi vasitəsilə mesajlaşma, fotoşəkil və fayl paylaşma xidmətlərinə) tətbiq olunur. Facebook tətbiqindən başqa səhifələrə yönləndirmə, eləcə də Facebook Messenger vasitəsilə edilən səsli və video zənglərə görə adi qaydada haqq tutulacaq.

“İndi “Facebook”dan istifadə etməyən smartfon istifadəçisi ilə çətin rastlaşa biləsiniz. Biz istəyirik ki, abunəçilərimiz bir-birinə daha yaxın olmaq və bir-biri ilə daha sərfəli tariflərlə əlaqə yaratmaq üçün daha çox imkana malik olsun”,-deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib. “Hər hansı bir Bakcell məhsulunun və ya xidmətinin yaradılması prosesində bizi motivasiya edən ən əsas amillərdən biri abunəçilərimizin bundan maksimal faydalanmasıdır. Buna görə də biz abunəçilərimizə daim bir-birindən cəlbedici məhsullar təqdim edirik. İnanırıq ki, abunəçilərimiz bu təklifdən faydalanacaq və şəbəkəmizdən istifadə edərkən həmçinin pula qənaət edəcəklər”, - deyə cənab Fedja Hadziç əlavə edib.

Bütün yeni və mövcud DogmaCIN abunəçiləri sadəcə *515*1#YES abunə kodunu yığaraq bu təklifdən faydalana bilərlər. Bu zaman nömrənin balansından heç bir haqq tutulmur və qoşulan abunəçilər Facebook tətbiqindən 7 günlük pulsuz istifadə edirlər.
7 günlük sınaq istifadə müddətindən sonra abunəçi “Facebook”dan pulsuz istifadəni davam etdirmək üçün sadəcə öz nömrəsinin balansına vəsait yükləməlidir. Abunəçi hər həftə öz nömrəsinin balansına birdəfəlik 2 AZN-dən 4.99 AZN-dək artırdıqda 7 gün, ay ərzində 5 AZN və ya daha artıq vəsait artırdıqda isə 30 gün müddətində “Facebook”a pulsuz çıxış imkanı qazanır.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info