Ermənistanda dövlət çevrilişinə cəhdlə bağlı həbs
Tarix: 20.06.2016 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


Yerevanda müxalifət lideri Jirayr Səfilyan tutulub. Hüquq-mühafizə orqanları dövlət çevrilişi cəhdi barədə bildiriblər. Səfilyan odlu silahın aşkarlanması ilə bağlı cinayət işinə görə tutulub.
“Virtualaz.org” xəbər verir ki, bu barədə “Ermənistan xəbərləri” portalı yazıb.
Mayın 20-də Sisernakaberd şosesində yol-nəqliyyat hadisəsi baş vermişdi. Maşınlardan birində 2 ədəd AK-74 avtomatı və 120 patron tapılmışdı. Tutulanların şəxsiyyəti və silahın qeyri-qanuni dövriyyəsinin təfərrüatları müəyyən olunub.
İndi istintaq bildirir ki, Jirayr Səfilyan bir qrup şəxslə “silahlı hücumlar vasitəsilə binaların, tikililərin, rabitə vasitələrinin və kommunikasiyaların, həmçinin Yerevandakı teleqüllənin ələ keçirilməsini planlaşdırıb və bu məqsədlə silah və sursatların alınması, onların daşınması və saxlanması həyata keçirilib”. Bir sıra hərəkətləri aprel müharibəsindən sonrakı dövrdə etmək nəzərdə tutulurmuş.
Cinayət işi çərçivəsində 8 şəxsə ittiham irəli sürülüb, onlardan 6 nəfəri həbs edilib. Bir nəfər axtarışa verilib.
Qeyd edək ki, Jirayr Səfilyan Şuşa xüsusi batalyonunun keçmiş komandiridir, podpolkovnikdir və “Təsis parlamenti” müxalifət hərəkatının liderlərindən biridir.
Səfilyan həmçinin dörd günlük müharibədə cəbhənin yalnız şimal-şərq istiqamətində ermənilərin 7 min kvadrat metr ərazi itirdiklərini söyləmişdi.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info