Formula-1 bizim üçün çox böyük qazancdır
Tarix: 20.06.2016 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Odlar Yurdunun paytaxtı Bakı öz tarixində daha bir mötəbər beynəlxalq idman yarışına ev sahibliyi etdi. Növbəti dəfə bütün Avropanın idman nəbzi Bakıda - Şərq ilə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyündü.Formula-1 Avropa Qran-prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anlarla yadda qaldı. Bu anlar təsdiqlədi ki, dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula-1 yarışının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirdi. Beynəlxalq idman aləmi müstəqillik yolu ilə uğurla addımlayan Azərbaycanı bir daha tanıdı. Qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmizin güclü potensialına bələd oldu. Dünya, qarşıya qoyulan hər bir məqsədin, niyyətin sürətli inkişafı ilə örnək olan Azərbaycanda necə uğurla reallaşmasına şahidlik etdi. Milli mədəniyyətimizi Formula-1 dəyərləri ilə birləşdirən açılış mərasimində alov, su, külək, irəli və birlikdə rəmz və modellərinin vəhdəti könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət tərəfindən təqdim edildi. Azərbaycan kimi ölkələrin ilk öncə dünyada mədəni platformada geniş tanıtımına ehtiyac var. Bu baxımdan da hər hansı idman və ya mədəni kütləvi beynəlxalq tədbirin əhəmiyyəti əvəzsizdir. Formula-1 zamanı ölkəyə gələn minlərlə insan həm də öz ölkələrində müsbət mənada təbliğatçıdırlar. Və ölkənin problemlərinin tanıtımında faydalı işlər görə bilərlər. Düşünürəm ki, Formula-1 yarışları Azərbaycanı Avropada daha yaxşı tanıdacaq. Bu cür idman yarışları Azərbaycanı Avropada təbliğ edir. Qərb dünyası Azərbaycan dəyərlərini və Azərbaycanın yaşam tərzini daha yaxından izləyə biləcək. Formula-1 bizim üçün çox böyük qazancdır. Bu yarışlar bizim üçün çox əhəmiyyətlidir. Bəzən dövlətlər buna minlərlə pul xərcləyir ki, belə bir tədbir ölkəsində keçirilsin və onun da sayəsində ölkəsini tanıda bilsin. Sıravi avropalının Azərbaycanı tanıtması üçün yaxşı fürsətlərdən biridir. Biz də bundan lazımınca yararlanmalıyıq. Üç gün ərzində davam edən yarış beynəlxalq ictimaiyyətin diqqət mərkəzində oldu. Beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkil olunduğunu görənlərdən bəziləri bunu sevinclə, bəziləri etinasızlıqla, bəziləri isə məyusluqla qarşıladılar. Bəzi “jurnalistlərin” yarış başlamamışdan öncə təbi olaraq qalan boş tirubunaların şəklini çəkib sosial mediada paylaşması heç də xoşagələn hal deyildi. Bütün çətinliklərə və Qərb mətbuatının bəzi nümayəndələrinin qərəzli mövqeyinə baxmayaraq, bu olduqca əhəmiyyətli tədbirin öhdəsindən ən yaxşı şəkildə gəldik.
Elşən Yəhyayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info