Ötən il məcburi köçkünlərin sayı rekord həddə çatıb
Tarix: 20.06.2016 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


BMT-nin qaçqınların işi üzrə agentliyinin məruzəsində yer alan məlumata əsasən, 2015-ci ildə evlərini tərk edən məcburi köçkünlərin sayı rekord həddə çatıb. “RİA Novosti” informasiya agentliyi istinadla xəbər verir ki, agentliyin hesablamasına görə, 2015-ci ildə münaqişə və müharibələr nəticəsində 65,3 milyon insan yaşadıqları yerləri tərk etməyə məcbur olub. Onların sayı 2014-cü ilin sonunda qeydə alınandan təxminən 6 milyon nəfər çoxdur. Yaşayış yerini məcburi dəyişənlərin 21,3 milyon nəfəri qaçqındır. Bu, 1990-cı ildən bəri ən yüksək göstərici hesab edilir. Daha 40,8 milyon nəfər isə daxili köçkünlərdir ki, bunun özü də rekorddur.
Beləliklə, dünya əhalisinin ümumi sayı ilə müqayisədə Yer üzündə yaşayan hər 114-cü insanın hazırda sığınacağa ehtiyacı var. Onların sayı Böyük Britaniya, Fransa və ya İtaliya əhalisinin ümumi sayından çoxdur.
Köçkünlərin əksəriyyəti Suriyadan (4,9 milyon nəfər), Əfqanıstandan (2,7 milyon nəfər) və Somalidən (1,2 milyon nəfər) gəlir.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info