Ağdaşda 2027 kiloqram barama tədarük olunub
Tarix: 20.06.2016 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, bölgələrdə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, o cümlədən baramaçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər görülür. Ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı təşəbbüslərə Ağdaş fermerləri də həvəslə qoşulublar. Şəxsi təsərrüfatlarında ipəkqurdu yetişdirən Ağdaş kümçüləri barama tədarükünü uğurla başa çatdırıblar. Kümçülərin yetişdirdikləri məhsul əvvəlcədən bağladıqları müqaviləyə əsasən “Şəki İpək” ASC-nin nümayəndələri tərəfindən öz evlərində qəbul edilib.Ağdaş Rayon İcra Hakimiyyətinin aqrar şöbəsindən dən verilən məlumata görə, uzun illər fasilədən sonra 2016-cı ildə rayonun 25 yaşayış məntəqəsində baramaçılığın inkişafı üçün tədbirlər görülüb. Qax Damazlıq İpəkçilik Stansiyasından inkubasiya olunmuş 475 qram ipəkqurdu toxumu Ağdaşa gətirilərək 34 kümçüyə paylanılıb. Kəndlilər keyfiyyətli məhsul yetişdirməyə nail olublar. Yetişdirilən barama hər kiloqramı 8 manat olmaqla, “Şəki İpək” ASC tərəfindən tədarük edilib. Kümçülər çəkdikləri zəhmətin müqabilində əldə etdikləri qazancdan razıdırlar.Rayon kümçüləri 2027 kiloqram barama tədarük edərək “Şəki İpək” ASC-nin nümayəndəsinə təhvil veriblər. Kümçülər gələn il daha çox barama istehsal etmək üçün bu ilin payız aylarında boş torpaqlarda tut bağlarının genişləndirilməsi üçün tədbirlər görəcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info