“Washington Post”: “Gürcüstanın NATO-ya üzvlük məsələsi gündəliyə daxil edilməyəcək”
Tarix: 20.06.2016 | Saat: 21:19:00 | E-mail | Çapa göndər


“Bu ölkənin NATO üzvü olmasına qarşı çıxanların başında Almaniya və Fransa dayanır”

ABŞ-ın “Washington Post” media qurumu Gürcüstanın NATO-ya üzvlük məsələsi ilə bağlı pessimist yazı yazıb. Yazıda bildirilir ki, Tinatin Xidaşvili NATO ilə bağlı hövsələsizliyini gizlətmir: “Gürcüstan müdafiə naziri olan Tinatin Xidaşvili, ölkəsinin NATO-nun “üzvlük hazırlığı planı”na(MAP-a) qoşulmasına icazə verilməsi üçün NATO üzvlərinin lobbiləşdirilməsinə bir neçə ay sərf edib. Praktiki olaraq bu, Gürcüstanı ABŞ tərəfindən başçılıq edilən hərbi alyansa qoşulmaqda qəti bir yola qoymuş olmalı idi. Bu, eyni zamanda 2008-ci ilin avqustunda Rusiya ölkəyə hərbi müdaxilə edəndə tamamilə müdafiəsiz qalmış Gürcüstanın təhlükəsizlik sahəsində boşluğa da son qoya bilərdi. Amma NATO öz sammitini iyulun 8-9-da Varşavada keçirəcəksə, Gürcüstan bu sevdadan az şey gözləyə bilər. Gürcüstanın MAP-a üzvlük məsələsi gündəliyə daxil edilməyəcək. Bu mövzunun həssaslığına görə anonimlik şərti ilə bu məsələyə münasibət bildirən NATO rəsmisi deyib ki, bir çox NATO ölkələri Gürcüstanın MAP-a qatılmasına tərəfdardır: “Belə razılaşdırılmışdı ki, təşkilatın genişləndirilməsi ilə bağlı bütün qərarlar , Varşava sammitinə qədər təfriqəli debatlardan yayınmaq üçün dekabrda həll ediləcək. Amma hələ də yəqin deyil ki, Gürcüstana MAP statusu veriləcək. Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyən ölkələri qıcıqlandıran məsələlərdən biri də odur ki, Varşavada Monteneqro rəsmi şəkildə alyansın 29-cu üzvü olacaq. Burada bu Balkan ölkəsinin hələ də yüksək səviyyədə korrupsiyalaşmaqda olduğunu və Gürcüstanla müqayisədə minimum səviyyədə NATO əməliyyatlarına töhfə verdiyini unudun. Onun Tbilisi tərəfindən cəhdlər göstərilmiş müdafiə sahəsində struktur dəyişiklikləri və islahatlarına getmədiyini də unudun. Gürcüstanın MAP statusu almasına qarşı çıxanların başında Almaniya və Fransa dayanır. Onlar bu üzvlüyün Rusiyanı qıcıqlandıracağına inanırlar. Çünki Rusiya artıq bəyan edib ki, Gürcüstan və Ukraynanın alyansa qoşulması müəyyən nəticələrə gətirib çıxara bilər. Almaniya və Fransa həm də inanır ki, Gürcüstanın müdafiə qabiliyyəti yoxdur. Bu iki Avropa ölkəsinin fikrincə, həm də NATO Rusiyaya qarşı müharibəyə başlamaz.
Xidaşvili isə bu cür baxışlara görə çox üzülüb: “Onlar təxmin edirlər ki, Rusiya Gürcüstanın təhlükəsizliyinə və onun strateji yönünə veto qoya bilər. Bu məsələdə Rusiyadan həddindən artıq çox danışılır. Burada Rusiyanın nə dediyi ilə bağlı çoxlu narahatlıqlar var, amma NATO-nun nə istədiyi ilə bağlı çox az bildirilir”. Bu barədə müsahibə verən Gürcüstanın xanım müdafiə naziri daha sonra qeyd edib: “Burada NATO-nun etimadı, ona üzvlüklə bağlı Gürcüstana vədini reallaşdırmağa qabil olmaqdadır”.
Qeyd edilir ki, NATO-nun 2008-ci ilin martında Rumıniyada, Buxarestdə keçirilmiş sammitində Gürcüstana MAP statusu verilməsinə veto qoyublar. Bundan 5 ay sonra isə Rusiya Gürcüstana müdaxilə edib. Bu, bir sıra NATO ölkələrində Gürcüstana MAP statusu veriləcəyi və ya onun alyansa qoşulmağa dəvət ediləcəyi təqdirdə, Rusiyanın ora müdaxilədən çəkinib-çəkinməyəcəyi barədə suallar yaradıb.
Xidaşelinin çübhəsi yoxdur ki, NATO-nun bu baxımdan strateji korluğu Gürcüstan və region təhlükəsizliyi üçün uzaqgörənlik hesab edilmir: “Gürcüstana MAP statusu verilməsində uğursuzluq Rusiyanı və bu sahədə hər hansı bir oyunçunu şantajla sərbəst hərəkət etməyə ruhlandıracaq”.
Qeyd edilir ki, bundan başqa, Brüsselin Avropa Birliyi institutları yerləşən digər hissəsində Gürcüstan indiyə qədər gözlənilən əlaqələrə malik olub. 2014-cü ildə Gürcüstan Avrpa Birliyi ilə Azad Ticarət Sahəsi ilə bağlı razılaşma imzalayıb. Bunun nəticəsi olaraq, Gürcüstandan ixracat 12 faizə qədər artıb. Bu razılaşma bu ay Brüsselin Gürcüstan üçün AB ölkələrinə vizasız gediş-gəlişlərini artırmaqla müşayiət edilməli idi. Almaniya, Fransa və İtaliya bu məsələni əngəlləyiblər. Halbuki Avropa Komissiyası Gürcüstanın bu məsələdə bütün şərtləri qarşıladığını və qəbul etdiyini bildirib. Almaniya iddia edir ki, hökumət Avropaya mafiya və kriminal qrupların daxil olmasını əngəlləmək üçün yetərincə iş görməyib, hətta o da bəhanə gətirilir ki, bu cür qruplar ən çox Almaniyada ev yarırlar. Almaniya polis qurumları isə bu cür bəhanələri rədd edib.
Qeyd edilir ki, Berlinin Gürcüstanın viza məsələsində müxalifliyinin səbəbi daxili siyasətdir. Almaniya kansleri Angela Merkelin Xristian Demokrat Birliyi partiyası Almaniya üçün Alternativ partiyası – antiimmiqrant, antiislam və avroskeptik partiyanın yüksəlişinə görə təşvişə düşüb. Bu partiya Merkelin konservativ bloku və onun koalisiya tərəfdaşları olan Sosial Demokratlara dəstəkdən kənara durur. Merkelin bu partiya üçün etmək istədiyi ən sonuncu iş isə Gürcüstan üçün vizasız rejimə “hə” deməklə şuluq salmaq ola bilər.
O da bildirilir ki, Avropa Parlamenti özü də Gürcüstanla vizasız rejim məsələsində iki yerə bölünüb.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info