Goranboyda heç bir aksiya keçirilməyib
Tarix: 07.03.2013 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Goranboy rayonunda aksiyaların keçirilməsi barədə məlumatlar verilib.
Bununla əlaqədar Rayon İcra Hakimiyyətindən “Azadinform”a bildirilib ki, rayonda heç bir aksiya keçirilməyib: “Şəhərdə aparılan tikinti-quruculuq işlərində iştirak edən bir qrup fəhlə gördükləri işin müqabilində əmək haqqının verilməməsi ilə bağlı rayon İcra Hakimiyyətinə müraciət edib. Məlumat üçün bildiririk ki, Goranboy şəhərində tikinti-quraşdırma işləri tenderdə qalib gəlmiş «Fəqan-Xidmət» MMC tərəfindən aparılır. İşçilərin Rayon İcra Hakimiyyətinə müraciəti ilə əlaqədar «Fəqan-Xidmət» MMC-nin rəhbərliyi dəvət edilib, birgə araşdırma zamanı müəyyən edilib ki, digər 4 sahibkar briqadası ilə yanaşı, Müqayis Verdiyevin briqadasına da razılaşma yolu ilə iş verilib və bütün briqadalar tərəfindən görülmüş işlərin dəyəri MMC tərəfindən tamamilə ödənilib. Lakin nədənsə digər briqadaların işçilərinə əmək haqqı ödənildiyi halda, M.Verdiyev işçilərə çatası təxminən 24 min manat əmək haqqını ödəməyib”. Rayon İcra Hakimiyyətinə müraciət etmiş işçilərə izah olunub ki, gördükləri işlərin dəyəri tam həcmdə M.Verdiyevə ödənilib, əmək haqqı tələbi ilə bağlı ona müraciət etsinlər, əgər müraciətləri təmin olunmasa, hüquq-mühafizə orqanlarına şikayət edə bilərlər.
İcra Hakimiyyətindən qeyd olunub ki, M.Verdiyev rayonda sabitliyi pozmaq üçün müntəzəm olaraq ciddi səy göstərir: “Yuxarıda qeyd edilən hadisə də bu cəhdlərin tərkib hissəsidir. Rayonda vəziyyət tam sabitdir. Bu sahədə hüquq-mühafizə orqanları ilə əlaqəli iş aparılır, aparılan işlər ciddi nəzarətdə saxlanılır”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info