Teymur Məmmədov dünya təsnifat turnirində ilk qələbəsini qazanıb
Tarix: 21.06.2016 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Azərbaycan boksçusu Teymur Məmmədov (81 kq) Bakıda keçirilən və Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə dünya təsnifat turnirində ilk görüşünü uğurla başa vurub.
Teymur Məmmədov çinli Quojun Şini məğlub edib. Bu qələbə təmsilçimizin Rio Olimpiadasına lisenziya qazanmaq baxımından çox vacibdir. Bunun üçün T. Məmmədov ilk beşliyə düşməyi bacarmalıdır. Atletimiz iyunun 21-də dörddəbir finalda Gürcüstan idmançısı Laqo Kiziria ilə slovakiyalı boksçu Matus Strnisko arasındakı döyüşün qalibi ilə üz-üzə gələcək. Digər atletlərimiz - 75 kiloqram çəki dərəcəsində qüvvəsini sınayacaq Kamran Şahsuvarlı onaltıdabir finalda Albaniya idmançısı Aryon Kayoşi ilə münasibətlərə aydınlıq gətirəcək. Kayoşi ilkin mərhələdə belçikalı Lay Kalenqa Mişikandan güclü olub. Eyni gündə rinqə çıxacaq 49 kiloqramda çıxış edən Rüfət Hüseynovun rəqibi isə səkkizdəbir finalda Çin Taypeyi idmançısı Tu Po-Vey olacaq. Tu Po-Vey mərhələ keçmək üçün Dominikan Respublikasından olan boksçu Santilyan Perez Viktor Danieli üstələyib. Hər üç boksçumuz lisenziya qazanacağı təqdirdə, Azərbaycanın kişilərdən ibarət yığması Olimpiadada tam heyətlə - 10 dəri əlcək ustası ilə təmsil olunacaq. Əvvəlki 7 lisenziya ötənilki Dünya Çempionatında və bu il Avropa təsnifat turnirində əldə edilib. Qeyd edək ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzinin ev sahibliyi etdiyi lisenziya əhəmiyyətli son yarışda Rioya 39 vəsiqə uğrunda 105 ölkədən 469 kişi idmançı mübarizə aparır.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info