“Rusiya və Suriya Palmiranın bərpası ilə bağlı sənəd imzalayacaq“
Tarix: 21.06.2016 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Rusiya və Suriya qədim Palmira şəhərinin bərpası ilə bağlı sənəd hazırlayır və bu sənəd yaxın vaxtlarda imzalanacaq. TASS-ın məlumatına görə, bu sözləri Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.
O bildirib ki, Rusiya Palmiranın bərpasında iştirak etmək üçün, ilk növbədə Suriya ilə müqavilə imzalamalıdır: “İndi biz bu sənədi hazırlayırıq. Beynəlxalq təşkilatların nə deməsindən asılı olmayaraq, Suriya tərəfindən rəsmi dəvət olmadan heç bir mütəxəssis ora gedə və qanunla işləyə bilməz. Bizim mütəxəssislərimiz Palmirada olub və onun modelləri “Ermitaj”da sərgilənir. Biz bilirik ki, bu obyektin qorunması və bərpası üçün çox sayda mütəxəssisə ehtiyac var”. Mixail Şvıdkoy Rusiyanın Palmiranın bərpasına sərf edə biləcəyi maliyyə barədə danışmağın hələ tez olduğunu söyləyib: “Əvvəlcə bərpa işlərinin həcmini qiymətləndirmək lazımdır. Dövlətlərarası sənəd imzalandıqdan sonra bu iş sürətlə gedəcək”. M. Şvıdkoy Palmiranın bərpasında digər ölkələrin də aktiv iştirakının gözlənildiyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər
20.04.2019
Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib
19.04.2019
Azərbaycanlı gimnastlar “AGF Junior Trophy” turnirində yaxşı nəticə göstərməyə hazırdır
18.04.2019
Azərbaycanla dostluq və qardaşlıq əlaqələri daha da inkişaf etdiriləcək
17.04.2019
Minsk qrupu tərəfindən Paşinyanın bəyanatına reaksiyanın olmaması pis nəticələnə bilər

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info