NATO-nun Varşava Sammitində TANAP və TAP müzakirə olunacaq
Tarix: 21.06.2016 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


İyulun 8-9-da Polşanın paytaxtı Varşavada keçiriləcək NATO-nun Sammitində enerji təhlükəsizliyi məsələləri də müzakirə olunacaq. Bu barədə NATO-nun enerji təhlükəsizliyi bölməsinin rəhbəri Mixael Rühle deyib.
Onun sözlərin görə, enerji təhlükəsizliyi məsələləri alyansa üzv olan ölkələr üçün olduqca önəmlidir. "Sammitdə müzakirə olunan məsələlərdən biri də alyansa üzv olan ölkələrin Rusiya qazından asılılığını azaltmaqdır. Bu baxımdan TANAP və TAP layihələri olduqca böyük önəmə malikdirlər. TANAP və TAP Avropaya nəql olunacaq qazın mənbələrinin diversifikasiyası baxımından da əhəmiyyətlidir. Bu baxımdan NATO-nun üzvü olan Türkiyənin üzərinə böyük bir yük düşür. Rusiya Avropanın əsas qaz tədarükçüsü olaraq qalacaq. Lakin Azərbaycan, Qətər və Norveç kimi ölkələrdən nəql olunan qazın köməyi ilə Rusiyanın qaydaları diktə etməsinə mane ola bilərik", - deyə M. Rühle bildirib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info