Zaqatala tütün istehsalı və emalı məntəqəsinə 60 ton yaş tütün daxil olub
Tarix: 21.06.2016 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Respublikamızın şimal-qərb bölgəsi rayonlarının tütünçülük təsərrüfatlarında bir neçə gündür tütün yığımına başlanılıb.
Yığılan yaş tütün qurudulmaq üçün sahələrdən birbaşa “İnter Tobacco” MMC-nin Zaqatala rayonunun Aşağı Tala kəndində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilir. Müəssisədən bildiriblər ki, ilk günlər Zaqatala, Balakən, Qax və Şəki rayonlarının təsərrüfatlarından məntəqəyə 60 ton yaş tütün daxil olub. Yaş tütün qurudulmaq üçün burada quraşdırılan kameralara qoyulur. Hazırda məntəqədə 56 tütünqurutma kamerası var. Hər kamera bir dəfəyə 8 ton yaş tütün qəbul edə bilir. Tütünün qurudulması prosesi 6 gün çəkir. Qurudulan tütün preslənərək anbarlara yığılır və daha sonra tütün emalı zavoduna təhvil verilir. Xatırladaq ki, bu il “İnter Tobacco” MMC tərəfindən Zaqatala rayonunda 500 hektar, Şəkidə 600 hektara yaxın, Qax rayonunda 300 hektar, Balakən rayonunda isə 240 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilib. Bundan əlavə, bu il respublikamızın daha bir neçə rayonunda ilk dəfə olaraq, ümumilikdə, 100 hektar sahədə ətirli tütün əkini həyata keçirilib. Yaş tütünün satış qiymətinin hər kiloqramına birinci növ üçün 25, ikinci növ üçün isə 15 qəpik müəyyən edilməsi fermerlərin bu sahəyə marağının artmasına səbəb olub.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kredit verilib
25.04.2019
Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən IV SOCAR Forumu başa çatdı
25.04.2019
“Digital HUB” proqramı çərçivəsində AzerTelecom və China Telecom Strateji Anlaşma Memorandumu imzaladı
25.04.2019
Çin şirkətləri bərpaolunan enerji sahəsində iştiraka dəvət edilib
25.04.2019
Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info