Region gənclərinin narkomaniya ilə mübarizədə rolu artırılır
Tarix: 21.06.2016 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Narkotiklərə Qarşı Təbliğat” İctimai Birliyi tərəfindən “Region gənclərinin narkomaniya ilə mübarizədə rolunun artırılması” layihəsi çərçivəsində Şəki və Lənkəran şəhərlərində tədbirlər keçirilib. İctimai Birlikdən bildirilib ki, 3 (üç) ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə əsasən iki istiqamətdə-bu sahədə mübarizəni gücləndirəcək video-çarxın hazırlanması və yayılması, digəri isə daha çox region gənclərinin narkomaniya əleyhinə maariflənməsində yardımçı olacaq tədbirlərin keçirilməsi ilə icra olunur. Layihə çərçivəsində keçirilən tədbirlərdə şəhər icra hakimiyyətlərinin, aidiyyəti dövlət qurumlarının (DİN, Səhiyyə, Gənclər və İdman, Təhsil nazirlikləri) yerli şöbələrinin bu sahəyə məsul şəxsləri, Prezident yanında QHT-rə Dövlət Dəstəyi Şurasının nümayəndəsi və KİV əməkdaşları iştirak ediblər. Çıxış edən natiqlər ölkə üzrə son 5 ildə narkotiklərdən istifadədə yaş senzinin 30-dan 17-yə düşdüyünü, rəsmi statistikaya əsasən hətta orta məktəb şagirdləri arasında belə bu cür neqativ hallara rast gəlindiyini təəssüf hissi ilə bildiriblər. Sonda çoxsaylı suallar cavablandırılmış və bu sahədə maarifləndirməni gücləndirəcək metodoloji vəsaitlərin paylanması prosesi həyata keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info